Qubada kişi qardaşı ilə intim əlaqədə olan arvadını öldürdü
Quba rayonunda qısqanclıq zəmnində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Murad Ələsgərovun cinayət işi.

Hadisə 2017-ci ilin may ayında Qubada baş verib. Rayonun Güləzi kənd sakini Murad Ələsgərov yaşadığı evin həyətində azyaşlı qızının gözü qarşısında arvadı 29 yaşlı Ulduz Ələsgərovaya əvvəlcə daş parçası, sonra isə balta ilə baş nahiyyəsindən çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib.

Cinayəti törətdikdən sonra Murad Ələsgərov könüllü polisə gələrək təslim olub.

İstintaqla müəyyən olunub ki, Murad Ələsgərov arvadı Ulduzun onlarla bir evdə yaşayan ögey qardaşı Şeyda ilə intim münasibətlərinin olmasında şübhələnərək onu öldürmək qərarına gəlib.

Qeyd edək ki, ailənin birgə nigahdan 3 azyaşlı övladı olub.

Hadisənin təfərrüatları barədə daha ətraflı videonun 13:17-ci dəqiqəsindən baxa bilərsiz.

Dərnəgül yolunda BÖYÜK TIXAC
Hazırda Dərnəgül yolunda böyük tıxac var.

 Koroğlu metrosundan üzü şəhərə gedən yolda yaranan tıxac artıq bir saatdır ki, davam edir. Maşınların hərəkəti demək olar tamamilə dayanıb.

Minik avtomobili, avtobus və taksilər yollarda qalıb.

Bakıda aptekə silahla basqın edildi
Bakıda aptekə silahla basqın edilib

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən  bildirilib ki, aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən aprektlərdən birinə üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

Sabunçu Rayon Polis İdarəsi İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda güclü partlayış oldu
Masallı rayonunda fərdi yaşayış evində baş verən partlayışda 2 nəfər vəfat edib.

"Report" xəbər verir ki, hadisə aprelin 16-da saat 07 radələrində rayonun Təzə Alvadı kənd ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış zamanı ev bütövlükdə dağılıb. Nəticədə İ.Qədiyev, arvadı Sevinc Qədiyeva, övladı Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Ümumilikdə xəsarət alan 5 nəfər Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.

İlkin ehtimala görə, partlayışa səbəb qazsızma olub.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra İ.Qədiyev və arvadı S.Qədiyeva müalicə aldıqları xəstəxanda ölüblər.

Fakta görə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi 314.3.cü maddəyə tövsif edilib.

Ağciyər İnstitutunda iki nəfər ölüb – TƏBİB təsdiqlədi

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) iki xəstə ölüb.

Vəfat edən şəxslərdən biri Gürcüstan vətəndaşı olub. Hər iki ölüm faktı aprelin 23-də qeydə alınıb.

Ölənlərdən biri – 1951-ci il təvəllüdlü xəstə ETACXİ-yə aprelin 11-i saat 00:15-də “İkitərəfli pnevmoniya, ürəyin işemik xəstəliyi, koronar stend, ikinci tip şəkərli diabet, insulin tələbli” diaqnozu ilə çox ağır vəziyyətdə daxil olub və I Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən reanimasion müalicə tədbirləri aparılıb.

Bütün səylərə baxmayaraq, ayın 23-ü saat 19:45-də “kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Kəskin tənəffüs çatışmazlığı, III dərəcə. Ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz. Aorto-koronar şuntlama əməliyyatdan sonrakı vəziyyət. Ürək çatışmazlığı 3 f.s. Şəkərli diabet, ikinci tip, insulin tələbli. Diabetik nefropatiya” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Digər şəxs isə 1970 il təvəllüdlü Gürcüstan vətəndaşı olub. Xəstə ayın 23-ü saat 11.50 radələrində ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Dərhal müvafiq şöbəyə yerləşdirilərək zəruri müalicəsinə başlanılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 23.25-də “Kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Ürəyin ritm pozgunluğu: paroksizmal ventrikulyar taxikardiya. İkinci tip şəkərli diabet. Sol aşağı ətrafların qanqrenasından sonrakı vəiyyət” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

TƏBİB faktı oxu.az-a təsdiq edib. Bildirilib ki, mövcud vəziyyətlə bağlı hər iki xəstədən “COVID-19”la bağlı götürülən test nümunələrinin nəticələri mənfi çıxıb.
“Bandotdel” əməliyyat keçirdi, saxlanılan var

Abşeron sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Qış geri qayıdır
Azərbaycanın dağlıq rayonlarına qar yağıb.

Bəzi ərazilərə yağan qarın hündürlüyü 10 sm-dən çox olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.

Quba və Gədəbəy rayonlarından çəkilmiş fotoları təqdim edirik.Azərbaycana qar yağdı   - FOTOLARAzərbaycana qar yağdı   - FOTOLARAzərbaycana qar yağdı   - FOTOLAR

Azərbaycanlı ər-arvad koronavirusdan öldü
Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb.

Baku.ws xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram"ın canlı yayımında deyib.

İfaçı lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.

Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir. 

Sabah qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.