Azərbaycanda iki avtobus toqquşdu
Sumqayıt şəhərinin çıxışında səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az" xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumatlara görə, 3 nömrəli sərnişin avtobusu Sumqayıt-Ceyranbatan istiqamətinə hərəkət edən 9 nömrəli sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu işdən çıxıb.

Unikal.org məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə  Məhəmməd Hacıyev öz ərizəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifəsindən azad olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Vilyam Hacıyevin qablaşdıraraq gizlətdiyi pullar  -  Fotolar
Vilyam Hacıyevin qablaşdıraraq gizlətdiyi pullar  -  Fotolar
Vilyam Hacıyevin qablaşdıraraq gizlətdiyi pullar  -  Fotolar
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat, sabiq icra başçısı Vilyam Hacıyevin saxlanılması barədə məlumat yayıb.
 
Məlumatda deyilir:
 
Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri davam etdirilməkdədir.
 
Toplanılmış materiallar üzrə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunmuşdur.
 
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür.
 
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilmişdir.
 
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.
 
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilmişdir.
 
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
 
Hazırda araşdırmalar davam etdirilir.
Məhkəmədən çıxan icra başçısı ailə üzvlərinə bu sözləri dedi
Mayın 6-da Səbail rayon Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev barəsində həbs qərarı qapalı iclasda çıxarıldı.

Bizimyol.info xəbər verir ki, V.Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısının ailə üzvləri gözləyirdi.

İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları V.Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirəndə sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: “Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq…”

V.Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

V.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Məhkəmə Vilyam Hacıyev barəsində qərar verdi
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Oxu.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və V.Hacıyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib.

DTX-nın həbs etdiyi icra başçısı məhkəmə qarşısına çıxarılır
DTX-nın həbs etdiyi icra başçısı məhkəmə qarşısına çıxarılır

O, Səbail Rayon Məhkəməsinə gətirilib. Məhkəmənin qərarı elan ediləcək.

Qeyd edək ki, V. Hacıyev DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib.

Azərbaycanda icra başçısı şöbə müdirini danladı
Bir neçə gün əvvəl Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdirinin qəfil vəfat etməsi barədə məlumat vermişdik.

Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilmişdi.

Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, icra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq 3-çü dəfədir baş verır. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında dünyasını dəyişib, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçını qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirərək xəstəxanaya aparılıb. (publika.az)

http://olke.az/uploads/1588763309/opo.jpg
Sabahın havası
Azərbaycanda mayın 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.

Səhər duman olacaq, mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 18-21, Bakıda gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Mayın 7-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bakıda 10 yaşlı qız ÖZÜNÜ ASDI
Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib.

Bu barədə "oxu.az"a hüquq-mühafizə orqanlarından bildirilib.

Faciə 5 may, saat 15:30-da baş verib. Zabrat qəsəbəsində D.K. (2010-cu il təvəllüdlü) adlı azyaşlı evdə dolabın qapısından iplə özünü asıb.

Faktla bağlı cinayət işi açılıb. Rayon prokurorluğu araşdırma aparır.