DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulub
Ötən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilən Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevə qarşı istintaq orqanı tərəfindən hansı ittihamların irəli sürüldüyü məlum olub. 
 
Oxu.az xəbər verir ki, keçmiş başçı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə faktlarında təqsirli bilinib. 
 
Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Tutulan icra başçısıyla bağlı sensasion faktlar üzə çıxır
Dünən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılan, bu gün isə işdən çıxarılan Biləsuvarın icra başçısı Mahir Quliyevin törətdiyi əməllər barədə sensasion faktlar üzə çıxır.

Bu gün bir qrup Biləsuvar sakininin saytımıza göndərdiyi videomüraciətdə M.Quliyevin sakinlərin qanuni istifadəsində olan torpaqları zəbt etməsindən, bununla da 45 ailənin çarəsiz duruma düşməsindən bəhs edilir.

Şikayətdə qeyd edilir ki, o öz səlahiyyətlərindən istifadə edib sakinlərin torpaqlarını sürücüsünün və bir neçə traktorçunun adına sənədləşdirərək, həmin ərazilərdə əkin əkdirirmiş. Sakinlər icra başçısının işdən çıxarılmasını həmin torpaqların yenidən onlara qaytarılması üçün bir fürsət olduğunu bildirirlər və Prezident İlham Əliyevdən xahiş edirlər ki, bunun üçün lazımı göstərişi versin.

Qeyd edək ki, M.Quliyevin sakinlərin torpaqlarını qanunsuz, hədə-qorxu, güc yoluyla zəbt etməsi ilə bağlı "BakuPost" bir neçə dəfə məlumat yayıb. Hələ 2017-cu ildə icra başçısının 100 fermerin torpağını əllərindən alması barədə geniş məqalə yayımlaşıdıq. Məqalədə qeyd edilirdi ki, M.Quliyev bir müddət əvvəl prezident İlham Əliyevin istifadəsiz qalan torpaqların yararlı sahələrə çevrilməsi ilə bağlı sərəncamından sui-istifadə edərək, istifadədə olan torpaqları da vətəndaşlardan zorla alıb satır.(bakupost.az)

Bakıda kişi arvadını zorlayan tanışını qətlə yetirib
Bakıda arvadını zorladığı üçün tanışını qətlə yetirməkdə təqsirli bilinən İlkin Əhmədovun cinayət işi.

Hadisə 2017-ci ilin aprel ayında Suraxanı rayonunda baş verib. Rayonun Binə qəsəbəsində Gürcüstan vətəndaşı İlkin Əhmədov həmyerlisi Fial İsmayılovu bıçaq zərbələri ilə qəsdən qətlə yetirib.

Hadisənin təfərrüatları barədə daha ətraflı videonun 14:53 dəqiqəsindən baxa bilərsiz.

Cəbhədə gərginlik
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
 
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
 
Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
 
Azərbaycan Ordusunun minaatan bölmələrinin dəqiq cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub.
DTX əməliyyatı ilə saxlanılan vəzifəli şəxs həbs olundu
Binəqədi Rayon Məhkəməsində rüşvətdə ittiham olunan İsmayıllı şəhərinin icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində prokurorluğun verdiyi təqdimata baxılıb.

"Ölkə.Az"ın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib və M.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 

Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də, müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək, müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb və müəyyənləşib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimib.

Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb. 

İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub. 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən, Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda qayınata gəlinini qonşusu ilə hamamda tutdu
Bakıda gəlininə ov tüfəngindən atəş açaraq qətlə yetirməkdə təqsirli bilinən Seyidmalik Məmmədovun cinayət işi.

 2017-ci il dekabrın ayının 12-də Daxili İşlər Nazıirliyi Bakıda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, ayın 11-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Seyidmalik Məmmədov qeyri-əxlaqı həyat tərzinə görə qisas məqsədi ilə odlu silahdan atəş açaraq gəlini Aysel Məmədovanı qətlə yetirib.

Hadisənin təfərrüatları barədə daha ətraflı videonun 7:16 dəqiqəsindən baxa bilərsiz.

ADNA-da törədilən terrordan 11 il ötür
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 11 il ötür.

 Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində aşağıda adı olan şəxslər öldürülüb:

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

3. Neft qaz istehsalı və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü

10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü.

 Yaralananların siyahısı:

1. İsayev Kənan

2. Mustafa Məhəmməd

3. Rüstəmbəyov Faiq

4. Şirəliyev İlkin Azər oğlu

5. Mustafayev Elşən Elbəy oğlu

6. Axundov Rəhman

7. Cəmiyev Elvin Azər oğlu

8. Hüseyinli Zemfira

9. Daas Muavviyyə

10. Seyidəhməd Əmru.

Müğənni həbs edilən icra başçısı barədə ŞOK FAKTLARI AÇIQLADI
Gənc müğənni, “Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmov bu gün həbs edilən Biləsuvar rayon İcra Hakimiyyərinin başçısı Mahir Quliyevlə bağlı bəzi xatirələrini bölüşüb.

 Publika.az xəbər verir ki, M.Quliyev barədə sosial şəbəkədə yazan müğənni icra başçısını təxminən 15 ildir tanıdığını və onun həmin vaxt restoranda işlədiyini deyib: “2005 ya 2006-cı il idi, dəqiq yadımda qalmayıb, mən bulvardakı restoranda ofisiant işləyirdim.

Mahir bəy o vaxtı həmin restoranı işlədirdi, adminstrator, ya müdir kimi.

Bir dəfə aşağı zalda Telman İsmayılovun anasının ad günün oldu. Telman və dostları o qədər dollar səpmişdilər ki, məclis qurtarandan sonra adminstrator zalın tavanında bəzək kimi vurulan alçipanın arasından paçka-paşka dollar çıxardırdı.
Pullar səpilərkən bəzi paçkalar açılmayıb topa ilə alçıpanın arasına girib qalırdı.
O qədər pulu yığdılar amma səhərdən gecəyə kimi VÖEN-siz, heç bir müqaviləsin az maaşa işləyən ofsiatlara-bizə bir qəpik də vermədilər”.



Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Mətbuatda verilən xəbərə görə artıq icra başçıcı Mahir Quliyevlə müavini Bakıya gətirilib.

Qeyd edək ki, Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir."Naxçıvan" universitetini bitirmişdir.1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır.Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır.2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutmuşdur.08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

 
DTX Biləsuvar İcra Hakimiyyətinin binasına girdi
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

“Qafqazinfo” xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.