Son xəbərlər

34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü
Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Zaur Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 10-na təyin olunub.

İttihama görə, Zaur Orucov Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı bıçaqlayaraq qətlə yetirib.

Zaur Orucov polis əməkdaşları tərəfindən yaxalanıb. İstintaq araşdırması zamanı məlum olub ki, hadisədən əvvəl Nuranə Quliyeva ərindən boşanmaq istəyib. Buna görə də onların arasında mübahisə yaranıb. Nuranə Quliyeva Zaur Orucovu yaşadıqları evdən qovub.

2019-cu il noyabrın 15-də, gecə saatlarında evə gələn Zaur Orucov qapını bağlı görüb. O, evin pəncərəsindən içəri daxil olub və yataqda yuxuda olan Nuranə Quliyevaya 8 bıçaq zərbəsi vurub.

Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Zaur Orucovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
“Xoşbəxtlikdən həkimlər Mehmanın təyin olunan müalicə rejiminə ən qısa müddətdə başlaya biləcəyi təqdirdə, bu xəstəliklə mübarizə aparmaq üçün böyük bir şansının olduğunu söylədilər. Müalicə mərhələlərlə aparılacaq. Birinci mərhələyə xərcləri 300-600 funt sterlinq təşkil edəcək 5-6 həftəlik radioterapiya kursu daxildir. İkinci mərhələ, şüanın cərrahi çıxarılmasıdır, radioterapiya şişin ölçüsünü effektiv şəkildə azalda biləcəyi təqdirdə, 12000 funt sterlinqə başa gələcək: əgər əməliyyatın dəyəri 44.000 funt sterlinqə yüksələ bilərsə... Xəstəxanaya yerləşdirilməsi və müalicə xərclərinə ödəməsi üçün cəmi 74 000 funt sterlinq lazımdır”.

Bu sözləri xərçəngə tutulan Mehman Hüseynovun qardaşı Emin Hüseynov açıqlamasında deyib.

O bildirib ki, nə Mehmanın, nə də özünün belə bir miqdarda pulu var: 

“Biz bütün peşə həyatımızı insan haqlarını müdafiə edən və gündəlik ehtiyaclarına xərcləmək üçün kifayət qədər qazanc əldə edən təşkilatlara həsr etmişik. O dövrdə Mehman səhiyyə xərclərinin bir hissəsini təmin edə biləcək tibbi sığorta pulunu belə, ödəyə bilməzdi. Mən Mehmanın böyük qardaşıyam və hazırda İsveçrədə qaçqın və vətəndaşlığı olmayan bir insanam. Azərbaycandan və qonşu ölkə olan Gürcüstandan dəqiq bir diaqnoz və müalicə almaq üçün edilən bir neçə uğursuz cəhddən sonra Mehman nəhayət, İsveçrəyə gələrək, tərəfdaş hüquq müdafiə təşkilatlarının dəstəyi ilə lazımi diaqnostik prosedurlardan keçə bildi. Lakin o, koronavirus pandemiyasından sonra gəldi. Sərhədlərin bağlanması digər Avropa ölkələrində daha ucuz diaqnostika və müalicə imkanları axtarmağımıza mane oldu. İsveçrədəki yüksək ixtisaslı həkimlərin onu effektiv şəkildə müalicə etmək əzmində olduğuna görə minnətdarıq, amma onun müalicəsi üçün vəsait toplamaq üçün vahid səy göstərməliyik”.

E.Hüseynov qardaşı ilə bağlı yardım müraciəti, çağırış edib: “Həyatını insan hüquqlarının və demokratiyanın qorunmasına həsr etmiş Mehman köməyinizə ehtiyac duyur! Hazırda onun həyatı təhlükə altındadır və sağlamlığına qovuşub, yaxşı əməllərini davam etdirməsi üçün dəstəyimizə ehtiyacı var. Mehmanın taleyinə qayğı göstərən hər kəsi həmrəylik göstərməyə, onun həyatını qorumaq və sağlamlığını bərpa etmək üçün 74.000 funt sterlinq məbləğində pulun yığılmasına kömək etməyə çağırıram”.(musavat.com)

Göyçayda zəncirvari qəza
Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün saat 23 radələrində Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Xəlitli kəndi ərazisində qeydə alınıb.

Göyçay sakinləri, 1995-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "VAZ 2106", 1996-cı il təvəllüdlü Aqşin İsmayılovun idarə etdiyi "Wolkswagen Passat", Nurlan Vəliyevin idarə etdiyi "VAZ 21014", 1978-ci il təvəllüdlü Seymur Şirinovun idarə etdiyi "Mersedes Sprinter" markalı yük avtomobilləri toqquşub. 

Hadisə zamanı Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ariz İsmayılov, Nurlan Vəliyev və başqa 2 nəfər müxtəlif xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hadisə yenicə baş verdiyi üçün digər 2 yaralının adı hələlik məlum deyil. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sabah Bakıda 32 dərəcə isti olacaq


Azərbaycanda iyunun 3-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Nikol koronaya Azərbaycanda yoluxub – Video
Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması həqiqətdir. Bunu özü də etiraf edib. Lakin Paşinyan virusa heç də işgüzar iclas zamanı deyil, məhz qondarma prezident seçkilərində iştirakı zamanı yoluxub.

Bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı koronavirusdan sağalacağı təqdirdə Moskvada Qələbə günü münasibətilə keçiriləcək hərbi parada qatılacağı vədini verməsi, dolayısı ilə Rusiyaya səfərdən imtina etməsi haqda danışarkən deyib. O qeyd edib ki, Paşinyanın virusa yoluxmasının pərdəarxası məqamları var:

“Ermənistan Baş naziri Nikol Paşinyan video yayımlayaraq bildirib ki, o, ailə üzvləri ilə birlikdə koronavirusa yoluxub. Mən Paşinyanın bu videosunun altından şərh yazdım ki, deyəsən, torbada pişik var. Artur Qazinyan adlı yüksək vəzifəli bir erməni isə “Bu ziyafətdə artıq Nikol Paşinyan koronavirusa yoluxmuşdu” şərhini yazdı. Məsələ ondadır ki, Paşinyan həqiqətən də bu ziyafətə qədər virusa yoluxmuşdu. Bu məlumat erməni mətbuatında da geniş şəkildə verilib”.

İ.Tanrıverdi vurğulayıb ki, Rusiyanın nəzərində Nikol Paşinyanın nüfuzu çox aşağı düşüb:

“Nikolun babasının faşistlərə xidmət etməsi məsələsi Paşinyanın həm Ermənistanda, həm də Rusiyada nüfuzuna ciddi zərbə vurub. Məsələ ondadır ki, Rusiyada Nikol Paşinyanın babasının Njde Qareginin tabeliyində olan ermeni legionunda xidmət etməsi geniş müzakirə edilir. Belə olduqda Paşinyanın Qələbə gününə getməsi də bir az gülünc görünür. Onun koronavirusdan sağalacağı təqdirdə Moskvada Qələbə günü münasibətilə keçiriləcək hərbi parada qatılacağı vədini verməsi inandırıcı görünmür. Çünki iştirak etmək istəməməsi bariz şəkildə bilinir. Koronavirusa yoluxması isə lap ürəyincə olub. Hər halda babasına qarşı döyüşənlərin qələbəsinə sevinməsi düz olmaz”.

İsmayıl Tanrıverdi bildirib ki, Paşinyan hakimiyyəti tədricən Prezident Armen Sərkisyana vermək istəyir:

“Paşinyan bir-iki gün əvvəl qeyd etdi ki, belə getsə, vəzifəsinin bəzi hissələrini mərhələli şəkildə Prezident Armen Sərkisyana ötürəcək. Hətta bunun üçün Konstitusiya Məhkəməsində də iş gedir. Məsələylə bağlı artıq Ermənistan parlamentində 86 nəfər “hə”, 16 nəfər isə “yox” cavabı verib. Paşinyanın belə bir addım atmasını, əslində, anlamaq olar. Görünür, o, bütün yükü, təzyiqləri təkbaşına çəkə bilmir. Buna görə də Ermənistanda ikibaşlı hakimiyyətə keçməyi düşünür”.

Qadının gizli mesajları üzə çıxdı:
Bakıda qısqanclıq zəmnində arvadını boğaraq öldürməkdə təqsirli bilinən Tural Kazımovun cinayət işi.

Hadisə paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Axşam saatlarında Bakı şəhər sakini 28 yaşlı Tural Kazımov Suraxanı rayon 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib.

Araşdırma zamanı, telefonda çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib. 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə – boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Elə həmin anda Tural adlı şəxsdən həmin nömrəyə zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib.<ins'>

İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib.

Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb, 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib. 

Hadisə barədə daha ətraflı videonun 19:00 dəqiqəsindən baxa bilərsiz.

 

Nərmin olayıyla bağlı ŞOK DETALLAR
Yandırılmış halda meyiti tapılan Nərmin Quliyevanın qəbri gizlin olaraq qazılıb.

"Ölkə.Az" Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə mətbuata məlumatı qətli törətməkdə ittiham olunan İlkin Süleymanovun yaxınları məlumat verib. Onlar bir sıra iddialar səsləndirib. Ətraflı vidoenu təqdim edirik

Bakıda etiraz aksiyası keçirilir — SON DƏQİQƏ 
Təhsil Nazirliyi önündə bir qrup tələbə və siyasi fəal etiraz aksiyası keçirir.

Bir müddət əvvəl “Tələbə Tələbi” platforması sosial şəbəkələrdə “İmtahanları ləğv et!, Ödənişi ləğv et!” kampaniyası başladıb.
Bu gün isə bir qrup tələbə Təhsil Nazirliyi önündə toplaşaraq pandemiya dövründə tələblərinin həyata keçirməsini tələb ediblər.(baxar.az)
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ
Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük prokuroru, tanınmış hüquqşünas Yusif Səməndərov vəfat edib.

 Y.Səməndərov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Yusif Səməndərov BDU-nun sabiq rektoru Firudin Səməndərovun oğludur.

Allah rəhmət eləsin! (publika.az)

Şəhəri qarışdıran ayı hansı məmur villasından qaçıb?
Şəkinin mərkəzində sərbəst gəzib-dolaşan ayı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, şəhər mərkəzində sərbəst gəzib-dolaşan ayının meşədən deyil, vəhşi heyvan həvəskarı olan şəxsin malikanəsindən qaçması ehtimalı var. Belə ki, ayının yayılan videolarından birinə diqqət yetirəndə heyvanın boynunda xalta olması diqqət çəkir.

Həmin videonu və fotoları təqdim edirik. Xatırladaq ki, Şəki-Oğuz zonasında məmurların hektarlarla torpaqları, yüzlərlə malikanələri var.