Son xəbərlər

Sumqayıt şəhər sakini koronavirusdan vəfat edib.

Bu barədə S.Hüseynovun yaxınları məlumat verib.

Bildirilib ki, S.Hüseynov 30 gün müddətində xəstəxanada müalicə olunub və virusdan sağalmaq üçün mübarizə aparıb. Lakin tibbi müayinələr nəticəsiz qalıb.

Qeyd edək ki, S.Hüseynov uzun müddət neft-kimyə sahəsində çalışıb. (publika.az)

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan MMC-nin təsisçisi və direktoru Mülhazil  Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranın lizinq yolu ilə alınması ilə bağlı 24 iyul 2014-cü il tarixdə “Aqrolizinq” ASC tərəfindən elan edilmiş tenderin qalibi olduqdan sonra ümumilikdə 3 milyon 692 min avro (həmin dövrün məzənnnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində olan 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat)  məbləğində  pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri oluduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yasamal rayonu ərazisindəki yaşayış binalarından birində polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atan şəxslər inzibati qaydada həbs edilib.

Saxlanılan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham verilib.

Yasamal rayon Məhkəməsi tərəfindən 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.   /Yenicag.az/

Yasamalda "dovşan" deyən polis üzr istədi və işdən çıxarıldı - son ...

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Bu barədə  DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Abşeronda bir ailənin 6 üzvü koronavirusa yoluxdu
Abşeronun Qobu qəsəbəsində koronavirusa yoluxanların sayı artıb.
Baku.tv xəbər verir ki, qəsəbədə təkcə ötən gün bir ailənin altı üzvü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Abşeron rayon Səhiyyə şöbəsindən verilən məlumata görə isə, Qobu qəsəbəsində bu günə kimi 24 nəfər koronavirus pandemisyasına yoluxub. Onlardan 18 nəfər müalicə olunaraq sağalıb. Ümumi analizin cavabına əsasən koronavirus xəstəsi sayılan altı nəfərdən üçünün vəziyyəti orta ağır, üçünün isə stabildir.
Qobu qəsəbə icra nümayəndəsi Eldar Əhmədov bakutv-yə bildirdi ki, koronavirusa yoluxan ailənin üzvləri qəsəbənin Xəlil Rza küçəsində yaşayan sakinlərdir.

Hazırda rayonda mövcud vəziyyət tam nəzarətə götürülüb.

Abşeronun Qobu qəsəbəsində koronavirusa yoluxanların sayı artıb.
Baku.tv xəbər verir ki, qəsəbədə təkcə ötən gün bir ailənin altı üzvü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Abşeron rayon Səhiyyə şöbəsindən verilən məlumata görə isə, Qobu qəsəbəsində bu günə kimi 24 nəfər koronavirus pandemisyasına yoluxub. Onlardan 18 nəfər müalicə olunaraq sağalıb. Ümumi analizin cavabına əsasən koronavirus xəstəsi sayılan altı nəfərdən üçünün vəziyyəti orta ağır, üçünün isə stabildir.
Qobu qəsəbə icra nümayəndəsi Eldar Əhmədov bakutv-yə bildirdi ki, koronavirusa yoluxan ailənin üzvləri qəsəbənin Xəlil Rza küçəsində yaşayan sakinlərdir.

Hazırda rayonda mövcud vəziyyət tam nəzarətə götürülüb.

Azərbaycanda televiziya işçiləri girov götürüldü
İctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar. Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb. Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.

Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə – 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsiylə saxlanılıb.

Araşdırma davam edir. (Konkret.az)

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava günəşli olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 32-34 dərəcə olacaq. 

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda polisi təhqir edənlərin saxlanılma anı - DİN xüsusi ...

Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmişlər.

DİN-dən bildirilib ki, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirmiş və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görmüşlər.<ins'>

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilmiş və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətirilmişlər.

Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.

 Sumqayıtdan şok görüntülər gəldi
Sumqayıtda dəfn mərasimi zamanı karantin qaydaları pozulub. Belə ki, sosial mediada yayılan görüntülər zamanı məlum olub ki, mərasimdə 100-dən çox insan iştirak edib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır. Baş verənlərəhüquqi qiymət veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Polisin araşdırması nəticəsində məlum olub ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib. Bu zaman Namiz Rəhimov üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımovun kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhrabın isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab isə öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib.

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq, sonuncunun həyatını xilas etmək mümkün olmayıb. 

İddialara görə, karantin qaydalarının pozulduğu dəfn mərasimi bu hadisə zamanı həyatını itirən şəxslərdən biri üçün təşkil olunub.

Bakida polisin basina zibil atanlar saxlanildi - VİDEO
Ötən gün Bakının Yasamal rayonunda yaşayış məntəqəsində polisin başına zibil atanlar tutulub.

İyunun 7-də sərt karantin rejimi zamanı Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakinləri polisin üstünə zibil torbaları atıblar.

Keçirilən əməliyyat zamanı həmin əraziyə polis əməkdaşları cəlb olunub.

Onlar binaya daxil olaraq bir neçə nəfəri saxlayıblar. /baku.ws