SİA-nın əldə etdiyi məlumata görə, xatirə pul 6 noyabrda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT-nin 11-ci Zirvə toplantısı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dövlət başçılarına hədiyyə edilib. Pulun üzərində TDT loqosu və ətrafında səkkizguşəli Səlcuq dövləti ulduzu təsvir edilib və onun guşələri isə Türk Dünyasının dəyərlərini təmsil edir.
Arxa üzündə TDT-yə üzv ölkələrin bayraqları və “Dildə, fikirdə, işdə birlik” ifadəsi olan pul tunc metaldan hazırlanıb, 900 lirə qiyməti ilə satışa çıxarılıb və 5 min ədəd istehsal edilib.
Xatirə pulunun tədavül müddəti 7 noyabrdan etibarən 2 il olaraq müəyyən edilib.