Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, tarix elmləri doktoru, professor şeyxülislam Allahşükür Paşazadənin və Dünya Fətva Evləri Təşkilatları Baş Katibliyinin Baş katibi, Misir Ərəb Respublikasının Baş Müftisinin müşaviri İbrahim Nəcmin həmmüəllifliyi ilə “Dinlər və ekoetika” kitabı işıq üzü görüb. SİA xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin “Ön sözü” ilə başlayan kitabın redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Katibliyinin rəhbəri Rəhimə Dadaşova, koordinatoru isə Misir Ərəb Respublikası Dünya Fətva Evləri və Təşkilatları Baş Katibinin Xarici Əlaqələr üzrə müşaviri, Dünya Azərbaycanlıları Alimlər Birliyinin həmsədri Seymur Nəsirovdur.

Kitabın “Ətraf mühitin müqəddəsliyi: Mənəvi harmoniyadan təbiətlə harmoniyaya” başlıqlı girişində son dövrlər bəşəriyyətin görülməmiş dərəcədə ciddi ekoloji problemlərlə üz-üzə qaldığı vurğulanıb. Bildirilib ki, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi, təcili həll tələb edən vəzifələr qoyur.

İki dildə çap olunan kitab “Ekologiyaya dair mənəvi postulatlar”, “İslamda ətraf mühitin müqəddəsliyi. İslam dininin ətraf mühitə dair baxışları”, “Xristianlıqda ətraf mühitin müqəddəsliyi”, “Yəhudilikdə ətraf mühitin müqəddəsliyi”, “Şərq dinlərinin ətraf mühitə dair baxışları”, “Ətraf mühitin mühafizəsində dini, ənənəvi dəyərlərin praktiki rolu”, “Ekoloji terror”, “Texnologiya və innovasiyaların ekoloji problemlərin həllinə töhfəsi. Qadınların rolu”, “İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı dayanıqlılıq: İman əsaslı fəaliyyət planı”, “Azərbaycan: strateji vizyon və qlobal iqlim dəyişmələri probleminin həllinə bəşəri töhfələr” mövzusunda 10 fəsildən ibarətdir.

 

“Ekoloji terror” fəslində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında işğal dövründə törədilmiş ekosid, urbisid və kultursidin nəticələri beynəlxalq oxucu kütləsinin diqqətinə çatdırılır.

11 Noyabr 2024 "Balina" bulvara belə gətirildi - Video
11 Noyabr 2024 COP29-dan gözləntilərimiz budur - İSESKO rəhbəri
11 Noyabr 2024 Davamlı əməkdaşlıq, qarşılıqlı etimad
08 Noyabr 2024 Dildə, fikirdə, işdə birlik
08 Noyabr 2024 Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
08 Noyabr 2024 8 Noyabr, Bakı... - Fotolar
08 Noyabr 2024 “Azad Şuşaya yenidən həyat qayıdır”
08 Noyabr 2024 Separatçılığın kökü kəsildi, kitabı bağlandı, indi isə...
08 Noyabr 2024 Biz onlara pislik etməmişdik, çörək vermişdik
08 Noyabr 2024 Əliyev ermənilərə səsləndi: Düşməniniz biz yox, onlardır!
08 Noyabr 2024 AZCON yaradıldı
08 Noyabr 2024 Prezident İlham Əliyev Qələbəmizin əsas memarı oldu - Kamaləddin Qafarov
08 Noyabr 2024 Buryatiyada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılacaq
08 Noyabr 2024 Dönər bahalaşacaq VİDEO
08 Noyabr 2024 Yeni və bahalı taksi xidməti açıldı VİDEO
08 Noyabr 2024 Azərbaycanda Zəfər Günü qeyd olunur
07 Noyabr 2024 Rüstəm Xəlilov: Əldə edilmiş parlaq qələbə
06 Noyabr 2024 Kərim Tahirov: 8 Noyabr - Qələbənin Zəfər Günü
05 Noyabr 2024 "Azərbaycanın yaşıl enerji potensialı böyükdür" - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 "COP29-da iştirak edən ölkələr həqiqətləri görəcəklər" - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 “Məqsədimiz dünyanı gözlənilən təhlükələrdən xilas etmək üzərində qurulub” - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 ABŞ seçki öncəsi VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINDA – TƏHLİL
05 Noyabr 2024 Binəqədi rayonunda hərəkətin intensiv olduğu əraziyə niyə işıqfor qoyulmur? VİDEO
05 Noyabr 2024 İnsan dəhşətə gəlir ki, bu cür vandalizm, vəhşilik olar? - HƏRBİ EKSPERT FİKRİ
05 Noyabr 2024 "Ona heç kəs nəzarət edə bilməyəcək" - EKSPERT AYDINLIQ GƏTİRDİ
05 Noyabr 2024 Tramp qalib gələrsə nə baş verə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 Yeni salınan velosiped zolaqları niyə sonda “yoxa çıxır”? VİDEO
28 Oktyabr 2024 Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: Qadağan edildi – VİDEO
26 Oktyabr 2024 Xəzər TV-nin efirində daha iki veriliş yayımlanacaq VİDEO
25 Oktyabr 2024 "25 oktyabr Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb" - MÜNASİBƏT BİLDİRİLDİ