"İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub.

Dörd il bundan öncə Azərbaycan öz məqsədinə çatdı. Vasitəçi missiyası ilə səlahiyyətləndirilmiş müxtəlif beynəlxalq təşkilatların apardıqları nəticəsiz danışıqlar səbəbilə 30 il ərzində həllini tapa bilməyən münaqişə cəmi 44 gün davam edən Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində sona çatdı".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma "Dağlıq Qarabağ" münaqişəsinə birdəfəlik son qoydu. "Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə təkcə Qarabağ münaqişəsinə deyil, həm də Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün xain planlara birdəfəlik son qoydu. 2003-cü ildən həmin tarixi günə qədər ötən bütün dövr ərzində dövlətimizin başçısı tərəfindən atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Nəhayət, dörd il bundan öncə bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin nəticəsi olaraq, işğal altında olan torpaqlarımız düşməndən azad edildi və Azərbaycanın bütün sərhədləri boyunca müqəddəs üçrəngli bayrağımız dalğalandı."

K.Qafarov xüsusi olaraq vurğulayıb ki, Vətən müharibəsində əldə olunmuş Qələbə, ilk növbədə, effektiv ordu quruculuğu işinin və iqtisadi inkişafın nəticəsidir: "İşğalın davam etdiyi bütün dövr ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əlindən gələni edir, eyni zamanda güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Bu gün artıq hər kəs bilir ki, 2003-cü ildən Vətən müharibəsinin başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Həmin illər ərzində dövlətimizin başçısı Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Ölkə Prezidenti İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etdi. İlk növbədə, məhz iqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün əlverişli zəmin yaratdı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi bu Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi. Keçən ilin sentyabr ayında isə cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi."

K.Qafarov qeyd edib ki, Azərbaycan heç zaman müharibəyə başlamaq niyyətində olmayıb və yalnız münaqişənin sülh yolu ilə həlli imkanları tam tükəndikdən sonra bu addımı atmaq məcburiyyətində qalıb: "Azərbaycan özünün işğal edilmiş ərazilərinin siyasi-diplomatik yollarla geri qaytarılması üçün 30 il ərzində səbr və təmkin nümayiş etdirdi, müharibənin başlanmaması üçün bütün vasitələrdən istifadə etdi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı sayılan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda sarsılmaz xalq-ordu-iqtidar birliyindən xəbər verir".

11 Noyabr 2024 "Balina" bulvara belə gətirildi - Video
11 Noyabr 2024 COP29-dan gözləntilərimiz budur - İSESKO rəhbəri
11 Noyabr 2024 Davamlı əməkdaşlıq, qarşılıqlı etimad
08 Noyabr 2024 Dildə, fikirdə, işdə birlik
08 Noyabr 2024 Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
08 Noyabr 2024 8 Noyabr, Bakı... - Fotolar
08 Noyabr 2024 “Azad Şuşaya yenidən həyat qayıdır”
08 Noyabr 2024 “Dinlər və ekoetika” kitabı işıq üzü görüb
08 Noyabr 2024 Separatçılığın kökü kəsildi, kitabı bağlandı, indi isə...
08 Noyabr 2024 Biz onlara pislik etməmişdik, çörək vermişdik
08 Noyabr 2024 Əliyev ermənilərə səsləndi: Düşməniniz biz yox, onlardır!
08 Noyabr 2024 AZCON yaradıldı
08 Noyabr 2024 Buryatiyada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılacaq
08 Noyabr 2024 Dönər bahalaşacaq VİDEO
08 Noyabr 2024 Yeni və bahalı taksi xidməti açıldı VİDEO
08 Noyabr 2024 Azərbaycanda Zəfər Günü qeyd olunur
07 Noyabr 2024 Rüstəm Xəlilov: Əldə edilmiş parlaq qələbə
06 Noyabr 2024 Kərim Tahirov: 8 Noyabr - Qələbənin Zəfər Günü
05 Noyabr 2024 "Azərbaycanın yaşıl enerji potensialı böyükdür" - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 "COP29-da iştirak edən ölkələr həqiqətləri görəcəklər" - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 “Məqsədimiz dünyanı gözlənilən təhlükələrdən xilas etmək üzərində qurulub” - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 ABŞ seçki öncəsi VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINDA – TƏHLİL
05 Noyabr 2024 Binəqədi rayonunda hərəkətin intensiv olduğu əraziyə niyə işıqfor qoyulmur? VİDEO
05 Noyabr 2024 İnsan dəhşətə gəlir ki, bu cür vandalizm, vəhşilik olar? - HƏRBİ EKSPERT FİKRİ
05 Noyabr 2024 "Ona heç kəs nəzarət edə bilməyəcək" - EKSPERT AYDINLIQ GƏTİRDİ
05 Noyabr 2024 Tramp qalib gələrsə nə baş verə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 Yeni salınan velosiped zolaqları niyə sonda “yoxa çıxır”? VİDEO
28 Oktyabr 2024 Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: Qadağan edildi – VİDEO
26 Oktyabr 2024 Xəzər TV-nin efirində daha iki veriliş yayımlanacaq VİDEO
25 Oktyabr 2024 "25 oktyabr Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb" - MÜNASİBƏT BİLDİRİLDİ