“Düşmən işğalından azad edilmiş ərazilərimizin planlı şəkildə dirçəldilməsi, qurulması və vətəndaşlarımızın dədə-baba torpaqlarına qaytarılması ilk növbədə dövlətimizin bu məsələdə aydın, konkret və dəqiq siyasətinin olduğunu göstərir. Cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən bu siyasəti müvafiq qurumlar səliqə-səhmanla həyata keçirirlər. Böyük Qayıdış məsələsindən danışarkən üç vacib xüsusa diqqət yetirməyi zəruri hesab edirəm. Birincisi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazilərimizin düşmən işğalından təkbaşına, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlı hesabına azad edilməsi dövlətimizin sərt gücünün nə qədər möhtəşəm olduğunu göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədrinin müavini Musa Qasımlı deyib.

O bildirib ki, ikinci olaraq torpaqlar işğaldan azad edildikdən sonra ərazilərin minalardan təmizlənməyə başlanması, dirçəliş və quruculuq işləri də dövlətimizin maliyyə-iqtisadi qüdrətini göstərdi: “Hərb meydanında zəfəri Azərbaycan milləti və dövləti təkbaşına qazandığı kimi, işğaldan azad edilmiş ərazilərdə də gördüyü işləri dövlətimiz heç bir xarici ölkənin və ya beynəlxalq maliyyə qurumunun yardımı olmadan özü aparır. Bu da təsdiq edir ki, cənab Prezidentin rəhbərliyi altında dövlətimizin maliyyə-iqtisadi siyasəti dəqiq qurulub. Müharibədən əvvəl, müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə dəqiq yerinə yetirilir. Belə vəziyyət ölkəmizdə bütün işlərin sistemli, planlı şəkildə aparıldığını göstərir. Üçüncüsü Böyük Qayıdış proqramının COP29-la paralel şəkildə həyata keçirilməsi Azərbaycanda dövlət və hökumət strukturlarının nizam-intizamlı fəaliyyətinin göstəricilərindən biridir. Azərbaycan bir tərəfdə ərazilərini dirçəldir, qurur, o biri tərəfdə isə vətəndaşlarını bütün təminatı ilə dədə-baba torpaqlarını həyata keçirir. Eyni zamanda bunlarla bərabər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir.

 

COP29-un Azərbaycanda keçirilməsi ölkə başçısı İlham Əliyevin beynəlxalq şəxsi nüfuzu, ona olan inam və etibarla bilavasiyə bağlıdır. COP29-da iştirak edən ölkələr Azərbaycan həqiqətlərini görəcəklər. Bütün bunlar göstərir ki, ölkəmizdə dəqiq planlaşdırılan və həyata keçirilən siyasət yürüdülür və bu da dünya üçün örnəkdir”.

11 Noyabr 2024 "Balina" bulvara belə gətirildi - Video
11 Noyabr 2024 COP29-dan gözləntilərimiz budur - İSESKO rəhbəri
11 Noyabr 2024 Davamlı əməkdaşlıq, qarşılıqlı etimad
08 Noyabr 2024 Dildə, fikirdə, işdə birlik
08 Noyabr 2024 Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
08 Noyabr 2024 8 Noyabr, Bakı... - Fotolar
08 Noyabr 2024 “Azad Şuşaya yenidən həyat qayıdır”
08 Noyabr 2024 “Dinlər və ekoetika” kitabı işıq üzü görüb
08 Noyabr 2024 Separatçılığın kökü kəsildi, kitabı bağlandı, indi isə...
08 Noyabr 2024 Biz onlara pislik etməmişdik, çörək vermişdik
08 Noyabr 2024 Əliyev ermənilərə səsləndi: Düşməniniz biz yox, onlardır!
08 Noyabr 2024 AZCON yaradıldı
08 Noyabr 2024 Prezident İlham Əliyev Qələbəmizin əsas memarı oldu - Kamaləddin Qafarov
08 Noyabr 2024 Buryatiyada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılacaq
08 Noyabr 2024 Dönər bahalaşacaq VİDEO
08 Noyabr 2024 Yeni və bahalı taksi xidməti açıldı VİDEO
08 Noyabr 2024 Azərbaycanda Zəfər Günü qeyd olunur
07 Noyabr 2024 Rüstəm Xəlilov: Əldə edilmiş parlaq qələbə
06 Noyabr 2024 Kərim Tahirov: 8 Noyabr - Qələbənin Zəfər Günü
05 Noyabr 2024 "Azərbaycanın yaşıl enerji potensialı böyükdür" - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 “Məqsədimiz dünyanı gözlənilən təhlükələrdən xilas etmək üzərində qurulub” - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 ABŞ seçki öncəsi VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINDA – TƏHLİL
05 Noyabr 2024 Binəqədi rayonunda hərəkətin intensiv olduğu əraziyə niyə işıqfor qoyulmur? VİDEO
05 Noyabr 2024 İnsan dəhşətə gəlir ki, bu cür vandalizm, vəhşilik olar? - HƏRBİ EKSPERT FİKRİ
05 Noyabr 2024 "Ona heç kəs nəzarət edə bilməyəcək" - EKSPERT AYDINLIQ GƏTİRDİ
05 Noyabr 2024 Tramp qalib gələrsə nə baş verə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 Yeni salınan velosiped zolaqları niyə sonda “yoxa çıxır”? VİDEO
28 Oktyabr 2024 Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: Qadağan edildi – VİDEO
26 Oktyabr 2024 Xəzər TV-nin efirində daha iki veriliş yayımlanacaq VİDEO
25 Oktyabr 2024 "25 oktyabr Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb" - MÜNASİBƏT BİLDİRİLDİ