Seçki qabağı Amerikada müşahidə edilən parçalanma qorxulu nəticələr vəd edir. Hətta gözlənilən prezident seçkilərinin qarşıdurmalara, xaosa, kütləvi iğtişaşlara belə səbəb olacağı qənaətində hər kəs haqlıdır. Gözlənilən qarşıdurmaların, kütləvi iğtişaşların vətəndaş müharibəsi təhlükəsi ilə nəticələnəcəyi barədə də proqnozlar verilir. Bu isə onu deməyə əsas verir ki, özünü hegemon dövlət hesab edən ABŞ kimi bir ölkə ən yaxın zamanda çox çətin durumda qala və çıxış yolu axtarmalı ola bilər.

Kimin qalib gəlməsindən və hakimiyyətin kimin əlinə keçməsindən asılı olmayaraq, seçkilərin nəticələri bütün dünya üçün təsirsiz ötüşməyəcək

Amerikada keçiriləcək prezident seçkiləri demək olar ki, bütün dünyanın diqqətini cəlb edib və indi bütövlükdə dünya ictimaiyyəti məhz ABŞ-da yaxın zamanda baş tutacaq prezident seçkilərini gözləyir. Bu seçkilər bütün dünyanın diqqətini ona görə cəlb edib ki, seçkilərin nəticələrinin beynəlxalq arenada genişmiqyaslı dəyişikliklər vəd etdiyini hər kəs çox yaxşı başa düşür. Hər kəs çox yaxşı başa düşür ki, artıq seçkilərdən sonra köklü dəyişikliklər olacaq. Ən azından artıq bəllidir ki, seçkilərdən sonra, yəni, seçkilərin nəticələri bəlli olduqdan sonra heç də hər şey əvvəlki kimi olmayacaq. Heç hadisələrin olduğu kimi dəyişməz qalacağına da zərrə qədər ümid yoxdur. Bütün bunlar, əlbəttə ki, səbəbsiz deyil və səbəbi hamıya bəllidir.

Özünü bütün dünyada ən güclü və fövqəldövlət hesab edən ABŞ-da keçirilən seçkilərin nəticələrindən asılı olmayaraq, beynəlxalq miqyasda radikal geosiyasi dəyişikliklərin başlayacağı qətiyyən təkzib edilmir. Əksinə, bunu etiraf edənlər daha çoxdur. Bir çox dünya səviyyəli siyasətçilər belə hesab edirlər ki, Amerikada baş tutacaq seçkilər artıq yeni dünya düzəninə keçidə hazırlıq mərhələsidir. Məsələ burasındadır ki, ABŞ seçkilərində kimin qalib gəlməsindən, yəni, Amerikada hakimiyyətin kimin əlinə keçməsindən asılı olaraq, dünya düzəni də eləcə fərqli şəkildə formalaşcaq. Daha dəqiq və qısa şəkildə desək, dünya düzəninin formalaşması məhz ABŞ-da keçiriləcək seçkilərdə hakimiyyətin hansı tərəfin əlinə keçməsindən bilavasitə asılı olacaq. Eyni zamanda həmin seçkilərin nələrə gətirib çıxaracağı da, hansı formada başa çatmasından və kimin qalib gəlməsindən asılı olmayaraq, seçkilərin nəticələri də bütün dünya üçün təsirsiz ötüşməyəcək.

Toqquşma ehtimalı çoxdursa, deməli, vətəndaş müharibəsi riski də kifayət qədər böyükdür

Bilirik ki, Donald Tram lap əvvəldən Co Baydenin apardığı siyasətin əleyhinə çıxış edir. Hətta onun siyasətinə tamamilə əks siyasət yürüdəcəyini belə gizlətmir. Co Baydendən fərqli olaraq, Rusiyaya da, Ukraynaya da Trampın yanaşması tamamilə ayrı şəkildədir. O, Baydenin öz ölkəsinə düşmən hesab etdiyi Çinə belə tamamilə fərqli şəkildə yanaşır. Ümumiyyətlə, nəyinki siyasi baxışlarının, ümumiyyətlə, düşüncələrinin belə fərqli olduğu göz önündədir. Deməli, Tram seçiləcəyi təqdirdə gedişatın tamamilə əks istiqamətdə yön alacağı, köklü surətdə dəyişikliklərin olacağı qətiyyən təkzib edilə bilməz. Lakin bu o demək deyil ki, Harris qələbə çalsa, hər şey əvvəlki kimi qala bilər və yaxud, hansısa dəyişikliyə heç də ümid etmək olmaz. Əksinə, seçkilərdə Harris də qələbə çalsa, yenə də dəyişikliklər baş verəcəyi, yəni, gedişatın tamamilə fərqli istiqamət alacağı, dünya düzənində köklü dəyişikliklərin olacağı güman edilir.

Vitse-prezident Kamala Harrisin prezident seçiləcəyi təqdirdə isə, dünyanın daha dəhşətli və ağrılı situasiyaya doğru irəliləyəcəyi gözlənilir. Çünki vitse-prezident Kamala Harris Bayden administrasiyasının xarici siyasət kursunu daha aqressiv mövqedən davam etdirəcəyi ehtimal olunur. Hətta onun seçiləcəyi təqdirdə ruslarla ukraynalıların arasında düşmənçiliyin aradan qaldırılmasının mümkün olacağı o qədər də inandırıcı görünmür. Əksinə, bu iki xalq arasında qarşılıqlı nifrətin onilliklər boyu davam edəcəyi ehtimalı daha böyükdür. Məhz Harrisin hakimiyyət başına keçməsi ilə bundan sonra Qlobal Şimalla Qlobal Cənub arasında hərbi-siyasi qarşıdurmanın uzunmüddətli xarakter daşıyacağı gözlənilir. Deməli, ABŞ seçicilərinin verəcəyi yekun qərarın nəyə görə taleyüklü qərar olduğu bu baxımdan başadüşüləndir. Bu baxımdan da, həmin taleyüklü qərara görə qüvvələr arasında toqquşma da qaçılmaz olacaq. Çünki həmin taleyüklü qərarın hələ kimin xeyrinə olacağı da bəlli deyil və mütləq bunu kimlər üçünsə qarşıdurmaya səbəb olacaq hesab etmək olar. Yəni, istənilən halda, gözləntilər dəyişməz olaraq qalırsa, deməli, toqquşma ehtimalı həddindən artıq böyükdür. Əgər toqquşma ehtimalı çoxdursa, deməli, vətəndaş müharibəsi riski də kifayət qədər böyükdür.

 

Vətəndaş müharibəsinə hazırlığın getdiyini özləri də dərk edərək, belə hazırlığı görürlərsə, bu çox qorxunc vəziyyətdir.

Qlobal dəyişikliklər təkcə Harrisin deyil, Donald Trampın prezident seçiləcəyi təqdirdə də qaçılmaz hesab olunur. Əvvəla, ABŞ-ın xarici siyasət kursunu indi olduğunun tam əks istiqamətdə Tramp administrasiyasının dəyişə biləcəyi ehtimalı daha böyükdür. Xüsusən də, başda Ukrayna savaşı olmaqla, Bayden administrasiyasının səbəbkar olduğu münaqişə ocaqlarının məhz Donald Trampın hakimiyyəti dönəmində aradan qaldırılacağı ilə bağlı fərziyələr, iddialar, proqnozlar yetərincədir. Dünyaya sülh və sabitlik vəd edən Tramp çox güman ki, Rusiya ilə Ukrayna arasında davam edən savaşa müşahidəçi kimi baxa bilməyəcək və hansısa tədbirlərə əl atmaq, münaqişənin qarşısını almaq məcburiyyətində qalacaq, çünki əks halda, bu, onun öz əleyhinə işləməli olacaq və ən yaxşı halda imicini itirməsinə, yenə də hansısa etirazlara gətirib çıxaracaq. Trampın öz vədinə sahib çıxması, yəni, Baydenin qızışdırdığı müharibəni dayandırması da öz növbəsində rezonans doğuracaq. Ona görə ki, həmin müharibəni qızışdıranların özlərinin də öz “çıxarları”, güdülən mənfəərləri var və bununla razılaşacaqları heç inandırıcı görünmür. Bu isə ondan xəbər verir ki, həmin qüvvələr meydana atılmış olacaqlar və nəticənin vətəndaş müharibəsinə belə gətirib çıxaracağını heç nəzərə də belə almayacaqlar.

NATO-nun öz dövrünü bitirdiyini vurğulamaqdan belə çəkinməyən Tramp Avropa Birliyi ölkələrinin təhlükəsizlik təminatı ilə bağlı yükünü çəkəcək kimi görünmür. O, seçiləcəyi təqdirdə Avropa Birliyi ölkələrinin təhlükəsizliyi barədə ABŞ-ın heç düşnməyəcəyini belə az qala açıq mesajla bildirir. Bax elə Qərb siyasi dairələrinin narahatlıqları da bu mənada səbəbsiz deyil. Xüsusən də, Rusiya və Çinlə münasibətləri Trampın normallaşırmaq barədə niyyətini Qərb çox yaxşı başa düşür və bunun təhlükəli olduğu qənaətindədir. Elə Qərb ölkələrinin narahatçılıqları həm də buna görədir. Çünki Qərb ölkələri nəyi itirməkdə olduğuqlarını qəbul edə bilmilər və bilirlər ki, illərlə iddiasında olduqları hegemonluğu Tramp adminstrasiyasının Rusiya və Çinlə normallaşdırma siyasəti fonun birmənalı şəkildə unutmalı olurlar. Başa düşürlər ki, artıq idarətmə rıçaqları, ələlxüsus da nəzarət mexanizmləri bununla məhz digər, rəqib qütbün əlinə keçə bilər. Seçkilərə həm Qərb siyasi dairələrinin, həm də ABŞ cəmiyyətinin ciddi şəkildə hazırlaşması göstərir ki, toqquşmaya da hazırlıq görülür. Daha doğrusu bu, elə həm də qarşıdurmaya hazırlıq deməkdir. Daha doğrusu, vətəndaş müharibəsinə hazırlığın getdiyini özləri də dərk edərək, belə hazırlığı görürlərsə, bu çox qorxunc, çox təhlükəli vəziyyətdir.

Əgər hər iki tərəf güzəştsiz və amansız mübarizə əzmini qətiyyən gizlətmirsə, deməli, qarşıdurma qaçılmazdır

Doğrudur, parçalanmalar yenicə başlamayıb, yeni təzahür də deyil. Əvvəldən də müşahidə edilən ayrıseçkiliklər, qütbləşmələr olub. Bu baxımdan məhz seçkilərinin ABŞ üçün böyük qarşıdurmalara yol aça biləcəyi barədə ekspertlərin lap öncədən fikirlər səsləndirmələri təsadüfi və əbəs yerə deyil. Çoxları elə hesab edirlər ki, əgər hər iki tərəf güzəştsiz və amansız mübarizə əzmini qətiyyən gizlətmirsə, deməli, qarşıdurma qaçılmazdır. Əlbəttə ki, ABŞ-ın növbəti prezidentinin kim olacağı ilə bağlı suallara yalnız amerikalıların səsləri aydınlıq gətirə bilər. Amma istənilən halda, yəni, kimin səsi olmasından asılı olmayaraq, gərginlik elə indidən hiss olunur. Bu isə o deməkdir ki, seçkidən sonra daha gərgin atmosfer müşahidə ediləcək. ABŞ kimi bir ölkədə hələ indidən seçki məntəqələrinin yandırılması heç də yaxşı gözlənti, yaxud da sakitlik vəd etmir. Əgər siyasi düşərgələrin tərəfdarları arasında artıq indidən toqquşmalar müşahidə edilirsə, deməli, seçkidən sonra bu toqquşmalar daha gemiş miqyasda ola bilər. Çünki situasiyanın tədricən gərginləşmə istiqamətində inkişaf etdiyini görürük.

Bəli, indidən proqnozlaşdırılır ki, siyasi düşərgələrin tərəfdarları arasında kütləvi toqquşmalar mütləq olacaq. Söhbət həmin toqquşmaların səviyyəsindən və miqyasından gedir. Ən diqqət çəkən məqam həmin toqquşmaların hansı dərəcədə olması məsələsidir. Hər halda, indiki dönəmdə müşahidə edilənlər amerikalılar üçün geç də xoşagələn proqnozlar vəd etmir. Bir halda ki, küçə toqquşmaları kütləvi iğtişaşlara qədər böyüyürsə, deməli, artıq çəkinmədən demək olar ki, ölkə daxilində rezonans doğuracaq toqquşmalar mütləq olacaq. Hətta bu yekəliyində ölkədə qorxunc şəkildə daxili xaos müşahidə edilə bilər ki, bütün bunlar həmin ölkədə, məhz ABŞ kimi bir ölkədə vətəndaş müharibəsinin olacağını vəd edir.

11 Noyabr 2024 "Balina" bulvara belə gətirildi - Video
11 Noyabr 2024 COP29-dan gözləntilərimiz budur - İSESKO rəhbəri
11 Noyabr 2024 Davamlı əməkdaşlıq, qarşılıqlı etimad
08 Noyabr 2024 Dildə, fikirdə, işdə birlik
08 Noyabr 2024 Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
08 Noyabr 2024 8 Noyabr, Bakı... - Fotolar
08 Noyabr 2024 “Azad Şuşaya yenidən həyat qayıdır”
08 Noyabr 2024 “Dinlər və ekoetika” kitabı işıq üzü görüb
08 Noyabr 2024 Separatçılığın kökü kəsildi, kitabı bağlandı, indi isə...
08 Noyabr 2024 Biz onlara pislik etməmişdik, çörək vermişdik
08 Noyabr 2024 Əliyev ermənilərə səsləndi: Düşməniniz biz yox, onlardır!
08 Noyabr 2024 AZCON yaradıldı
08 Noyabr 2024 Prezident İlham Əliyev Qələbəmizin əsas memarı oldu - Kamaləddin Qafarov
08 Noyabr 2024 Buryatiyada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılacaq
08 Noyabr 2024 Dönər bahalaşacaq VİDEO
08 Noyabr 2024 Yeni və bahalı taksi xidməti açıldı VİDEO
08 Noyabr 2024 Azərbaycanda Zəfər Günü qeyd olunur
07 Noyabr 2024 Rüstəm Xəlilov: Əldə edilmiş parlaq qələbə
06 Noyabr 2024 Kərim Tahirov: 8 Noyabr - Qələbənin Zəfər Günü
05 Noyabr 2024 "Azərbaycanın yaşıl enerji potensialı böyükdür" - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 "COP29-da iştirak edən ölkələr həqiqətləri görəcəklər" - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 “Məqsədimiz dünyanı gözlənilən təhlükələrdən xilas etmək üzərində qurulub” - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 Binəqədi rayonunda hərəkətin intensiv olduğu əraziyə niyə işıqfor qoyulmur? VİDEO
05 Noyabr 2024 İnsan dəhşətə gəlir ki, bu cür vandalizm, vəhşilik olar? - HƏRBİ EKSPERT FİKRİ
05 Noyabr 2024 "Ona heç kəs nəzarət edə bilməyəcək" - EKSPERT AYDINLIQ GƏTİRDİ
05 Noyabr 2024 Tramp qalib gələrsə nə baş verə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 Yeni salınan velosiped zolaqları niyə sonda “yoxa çıxır”? VİDEO
28 Oktyabr 2024 Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: Qadağan edildi – VİDEO
26 Oktyabr 2024 Xəzər TV-nin efirində daha iki veriliş yayımlanacaq VİDEO
25 Oktyabr 2024 "25 oktyabr Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb" - MÜNASİBƏT BİLDİRİLDİ