Son xəbərlər

 


Bu günki mövzumuz Millət Vəkili Elman Nəsirov haqqındadır. Qeyd edək ki Elman Nəsirov açıqlamalarının birində Rusiyanın dünya səviyəli məşhur şairi Puşkinə istinad edərək erməniləri koronavirusun müttəfiqi adlandırmışdı. Deputat qeyd etmişdi ki, əgər Puşkin sağ olsaydı ermənilərə əvvəl dediyi “sən oğrusan”, “sən qorxaqsan” ifadəsinə “sən koronavirussan” ifadəsini də əlavə edərdi.

Xatırladaq ki, deputatın erməni haqqında işlətdiyi bu ifadə bir sıra dırnağarası qələm ustadlarımızın xoşuna gəlməmiş və deputatı hədəfə almışlar.
Hətta bəzi dırnağarası həmyerlilərimiz deputatın işlətdiyi bu ifadələri Beynəlxalq Təşkilatların birmənalı qarşılamamasını bildirmış və irad tutmuşdu.

Bundan əlavə sosial şəbəkələrdə bir çox klaviatura canavarları da deputata təhqir dolu ifadələr işlətmişdi.

Mən Elman Nəsirovun məlum ifadəsinə görə deputata irad bildirənlərə səslənirəm. Siz kimi mürafiə edirsiniz?! Siz nə etdiyinizin fərqindəmisiniz?! Siz bilirsinizmi ki, birbaşa Xocalı soyqırımını törədən, bu yaxınlarda 12 əsgərimizin şəhid olmasına səbəb olan bir ölkəni təbliğ edirsiniz?! Bu nə dərəcədə doğrudur?! Etdiyiniz əməldən utanmadan hələ üstəlik haqq da qazandırırsınız!

Həmçinin deputata qarşı təhqiramiz ifadələr işlədən şəxslərə də söyləmək istəyirəm ki, biraz özünüzə hörmət edin. İnsan iradını normal şəkildə bildirə bilər, təhqiramiz ifadə mənim fikrimcə nəinki ziyalı cəmiyyətindən kənar, hətta insanlıqdan belə kənardır. Əgər bir deputat sizin təhqirlərinizə göz yumursa bu həmin deputatın böyüklüyündən irəli gəlir.

Deputata qarşı bu təzyiq kompaniyaları haqqında Ümid Tv olaraq mənə müsahibə vermişdi. Ancaq Elman müəllim bir sıra əlavələr də etmək istədi.

Elman Nəsirov qeyd edib ki, Ermənistanın hərbi təxribatını və işğalçılıq siyasətini ifşa etdiyimə görə məni hədəfə alan dırnağarası həmyerlilərimə səslənirəm: Heç olmasa bir insanı tənqid etdikdə mənəvi haqqınız olmalıdır. Özü də siz tənqid yox, təhqir yolunu seçmisiniz.
Bir özünüzə sual verin: Bu dövlət üçün, bu millət üçün, bu xalq üçün mən nə etmişəm?
ABŞ-ın Prezidenti Con Kennedinin olduqca məşhur bir ifadəsi var: “Heç bir zaman sual vermə ki, dövlət mənim üçün nə edib, həmişə sual ver ki, mən dövlət üçün nə etmişəm”.
İfadədəki məntiqlə söyləyirəm ki, son günlər ərzində davranışım barədə dırnağarası özümüzkülərə qısa məlumat vermək istəyirəm: Bu günlərdə Misir, Ərəb Respublikasının dünyalarca məşhur “Ələhram qəzeti”ndə Ermənistanın işğalçılıq siyasəti və hərbi təxribatları ilə bağlı geniş bir məqaləm çap olundu. Bu yazıda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin koronavirus pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi məqsədilə unikal bir təşəbbüsü, yəni BMT Baş Məclisinin xüsusi sessiyasının salınması təşəbbüsünü ifadə etdim və söylədim ki yeganə dövlət Ermənistandır ki, bu təşəbbüsün əleyhinə çıxıb. Faktiki olaraq bununlada koronavirusu müdafiə etmiş olur.
Bütün bu həqiqətləri mən “Ələhram qəzeti”ndəki yazımda qeyd etdim və dünyanın 6 dilində bunlar yayıldı. Yəni Ermənistanın işğalçılıq siyasətini ifşa etdim. Bunun ardınca bir neçə gün bundan öncə İraq Respublikasının Dövlət Televiziyası olan Əl-İraqiyyə televiziyasına yarım saatlıq müsahibəmdə birbaşa məhz koronavirusa qarşı mübarizə prosesində Azərbaycanın həm milli, həm regional həm də beynəlxalq səviyədə verdiyi töhfələrdən bəhs etdim. Azərbaycan Dövlətinin qardaş İraq xalqına 25 ton tibbi sahədə dəstək verdiyini bildirdim. Eyni zamanda bu reallıqlar fonunda Ermənistanın Azərbaycana qarşı aqressiv siyasət, işğalçılıq siyasəti və hərbi-təxribat siyasətinin bütün anatomiyasını açıq göstərdim.
Və nəhayət bir neçə gün öncə İordaniya Haşimilər Krallığının rəsmi dövlət saytı olan Əmmən-News saytında geniş bir məqaləm çap olundu. Adı da olduqca diqqəti cəlb edir: Ermənistanın hərbi təxribatı
Bu ad altında mənim vurğuladığım saytda məqaləm tirajlandı və İordaniyanın demək olar ki 99% digər portalları həmin məqaləni tirajladı.
Məqalədə birbaşa Ermənistanın rəhbərliyi ifşa olunur və bütün bu hərbi təxribata görə məsuliyyət Ermənistan hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda orada Ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevdən sitat gətirib söyləyirəm ki, düşmən layiqli cəzasını aldı.
Şəhidlərimiz var, Allah onları rəhmət eləsin. Və onların qanı yerdə qalmadı, onların qisası alındı və bundan sonra da alınacaq.
Ermənistanın indiyədək işğalçılıq siyasətinin bir çox detallarını mən geniş, çoxmilyonlu ərəb dünyasına bildirdim.

Misirdəki yazımdan sonra Misirdə olan Ermənistanın səfirliyi Misir Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərdi. Eyni zamanda İordaniyaya qarşı da ermənilər müəyyən etirazlarını müxtəlif şəkildə bildirdilər. Məlumatlar məndə var.
Amma ermənilərin bütün bu cəhdləri nəticə vermədi. Onların bütün istəkləri ürəklərində qaldı.
Əsas odur ki, mənim məqaləm çox geniş şəkildə yayıldı və Azərbaycan həqiqətlərini dünyaya nümayiş etdirdi.
Cənab Prezidentimiz də məsələni belə qoyub ki, hər birimizin əsas funksiyalarından biri də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, dünyanın nüfuzlu KİV-lərində yaymaqdır.
Bu ağır, çox mürəkkəb günlərdə mən bunları edə bildim, fəxr edirəm ki, bunlara nail oldum və mən dövlətimə, xalqıma, Prezidentimə xidmət edirəm!

Dırnağarası özümüzkülərə səslənirəm: siz nə etmisiniz?! Siz kimə xidmət edirsiniz?! Bunu çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bütün bunlar bir həqiqətdir ki, bu günləri məni tənqid edənlər bilərəkdən vəya bilməyərəkdən əslində erməni maraqlarına xidmət edirlər! – deyə Elman Nəsirov vurğulayıb.

25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS