Son xəbərlər

 
 


Fizulidə baş həkimin işdən çıxarılması işçiləri “ayağa qaldırdı», polis xəstəxananı mühasirəyə aldı.

Yəqin ki, məqaləni oxuyan hər kəs mövzunun hansı səbəbdən belə bir başlıq adı altında yazıldığı anlamına xüsusi diqqət yetirəcək və gündəlik gözü önündə baş verənləri bir daha yada salacaq. Diqqət ayrılası məqam o olacaq ki, bu gün də yaşadığımız ictimai həyatın ayrı-ayrı sahələrində saysız-hesabsız problemlər, bənzəri olmayan olaylar yaşanmaqdadır. Bilib eşitdiyimiz həqiqət isə ondan ibarətdir ki, hələ bir neçə il bundan əvvəl də, səhiyyəmizdə yaşananlar daha çox ictimai müzakirələrə səbəb olurdu. Tam əksəriyyət o halın varlığını ittiham edirdi ki, nədən qəbul olunmuş qanunlar kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur. Bütün bunlar qalsın bir yana, bir neçə gün bundan əvvəl Fizuli səhiyyəsində baş verən növbəti olay haqda məlumatları əldə etdikcə, sanki şoka deyil, birbaşa “şökə” düşməli olduq. Buna səbəb olan amillərdən biri də, Fizuli Rayon Diaqnostika Mərkəzinin fəaliyyətə başladığı ilk gündən, adı çəkilən səhiyyə müəssisəsində baş həkim vəzifəsini daşıyan Məmmədov Cümşüd Məmməd oğlunun, təqribən üç-dörd gün bundan əvvəl heç bir əsas olmadan daşıdığı vəzifəsindən uzaqlaşdırılması oldu. Məsələnin düşündürücü və müzakirələrə səbəb olan tərəfi odur ki, müəssisədə çalışan 215 nəfər əməkdaşın tam əksəriyyəti, bu şəxsin işdən çıxarılmasına kəskin etirazlarını ifadə etsələr də, nədənsə həmin şəxslərin etirazlarına bir kimsə məhəl qoymur. Onu da bildirək ki, 63 yaşlı Cümşüd Məmmədov Fizuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd sakinidir və bu kənd erməni quldurları tərəfindən işğal olunarkən, bu şəxsin atası, qardaşı döyüş əməliyyatlarının gedişi zamanı şəhid olurlar. Yəni, sabiq baş həkim şəhid ailəsinin üzvüdür.

Bir faktı da qeyd edək ki, hal-hazırda Fizuli Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsini Natiq Şükürov adlı şəxs daşıyır və işdən çıxarılmış Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsinə, bu şəxsin qardaşı oğlu Şaiq Şükürov təyin olunub. Belə bir təyinatın verilməsinə qəti etirazlarını ifadə edən əməkdaşlar bildirirlər ki, “Cümşüd Məmmədov baş həkim olarkən neçə-neçə imkansız şəxsləri öz vəsaiti hesabına əməliyyat etdirib, müəssisədə çalışan şəxslərin hər birinə dayaq olub, son vaxtlar isə, “Fizuli Futbol Komandası”nı maliyyələşdirirdi. Bu şəxs iki ay idi ki, Fizuli RİH-nin başçısı Alı Alıyevə “haqq-hesab” çatdıra bilmədiyindən, o, Cümşüd Məmmədovun daşıdığı vəzifəsindən uzaqlaşdırılmasına nail ola bildi”. İddialara görə sabiq baş həkim hər ay icra başçısına 2 (iki) min manat “haqq-hesab” verirmiş.

Yaşanan olaylarla bağlı belə bir iddialar da səslənir ki, Diaqnostika Mərkəzinə yeni baş həkim təyin olunan Şaiq Şükürov, hər ay icra başçısına 5 (beş) min manat “haqq-hesab” verəcəyi haqda üzərinə öhdəlik götürdüyündən, RİH-nin başçısı bu yöndə addımını atır. Elə ki, 11 oktyabr 2019-cu il tarixdə, saat təqribən 10:30-da adı çəkilən səhiyyə müəssisəsində çalışan kollektiv üzvlərindən çoxu, verilmiş təyinata etiraz əlaməti olaraq Diaqnostika Mərkəzinin önünə çıxıb öz iradələrini ortaya qoydular, o halda ərazini polis əməkdaşları sanki “üzük qaşıtək” mühasirəyə aldılar.

Əldə etdiyimiz bəzi məlumatlara görə, Diaqnostika Mərkəzinə yeni təyin olunan baş həkimi kollektiv üzvlərinə Səhiyyə Nazirliyinin Anar adlı əməkdaşı və Fizuli Rayon Polis Şöbəsinin rəis müavini İsa müllim təqdim edirlər. İddialara görə Şaiq Şükürovla bağlı təyinatın verilməsi məsələsini, adı çəkilən şəxsin əmisi, hansı ki, hal-hazırda Fizuli MRX-da baş həkim vəzifəsini daşıyan Natiq Şükürov, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə adlı şəxslə həll edir. Belə bir olayların varlığı onu göstərir ki, MRX-nın baş həkimi RİH-nin başçısı ilə əlbir olub müəyyən addımlarını atdığından, hər iki şəxsin işbirliyi rayonda korrupsiya hallarının “çiçəklənməsinə” yollar açır.

Söylənilənlərə görə, bu gün Natiq Şükürov Fizuli səhiyyəsini tam şəkildə özünün təsir dairəsində saxlayır. Məsələn, hal-hazırda bu şəxsin həyat yoldaşı Rəbiyyə xanımın MRX-nın kadrlar şöbəsində məsul vəzifədə çalışdığı bildirilir. Natiq Şükürovun qardaşı oğlu Şəfa Şükürov, rayonun Zoobcuq qəsəbəsindəki MRX-nın poliklinika şöbəsinə rəhbərlik edir. Başqa bir qardaşının oğlu Şaiq Şükürov isə, Fizuli Rayon Diaqnostika Mərkəzinə verilmiş təyinatına qədər, Horadiz Şəhər Xəstəxanasında baş həkim vəzifəsini daşıyırdı. Redaksiyamıza daxil olan ilginc məlumatlara görə, Natiq Şükürovun baş həkim olduğu MRX-nın qarşısındakı torpaq sahəsi, hələ bir müddət bundan öncə hansısa şəxsə satılır və həmin yerdə kommersiya məqsədilə obyekt inşa olunmaqdadır. Səslənən iddialarda o da bildirilir ki, uzun illər ərzində baş həkim vəzifəsini daşıyan bu şəxsin Böyük Bəhmənli kəndində eni-uzunu bilinməyən ölçüdə “parnik”i var və onun həmin “parnik”ə külli miqdarda vəsait qoyduğu da söylənilir. O halda sual oluna bilər ki, görəsən icra başçısı vəzifəsini daşıyan bu şəxsin aylıq maaşı nə qədərdir ki, o, belə bir əmlaka malik olur. Hətta bəzi iddialarda o da vurğulanır ki, Alı Alıyev külli miqdarda daşınan və daşınmaz əmlaklara da sahibdir. Yəqin ki, bu yöndə aparacağımız araşdırmalar, icra başçısı ilə bağlı bir çox mətləbləri də aşkara çıxarmağa imkan verəcək.

Redaksiyamıza bu yöndə baş verən olaylardan başqa, hər kəsin daha çox müzakirə etdiyi və ciddi söz-söhbətə səbəb olan olaylar haqda da məlumatlar daxil olub. Məsələn, əldə etdiyimiz məlumatlarda bildirilir ki, hər həftənin ikinci günü Fizuli RİH-i başçısının qəbul günüdür. Elə ki, hansısa şəxs üz-üzə qaldığı problemin həlli məqsədilə Alı Alıyevin qəbulunda olur, o halda icra başçısı həmin şəxsin probleminin həll olunması yöndə söz verir. Verilmiş vəddən sonra həftələr keçsə də, həmin şəxsin problemi həll olunmur ki, olunmur. Belə olan halda həmin şəxs təkrar icra başçısının qəbul günü qəbulunda olmaq istəsə də, icra başçısı heç bir halda həmin şəxsi qəbul etmir. Belə bir səbəb üzündəndir ki, Fizuli rayonunda həftənin ikinci günü hər kəsin yaddaşına “Aldatma günü” kimi həkk olunub. Müəyyən iddialara görə, bu gün Alı Alıyev Fizuli rayonunda ən imkanlı şəxs hesab olunur. Məsələn, adicə bu şəxsin rayon ərazisində 15 min hektar torpaq sahəsinə sahib olduğu da bildirlir.

Bütün bunlar onu göstərir ki, hal-hazırda rayon rəhbərliyinin öz maraqlarının həlli məqsədilə atdığı addımlar, sakinlər arasında kütləvi narazılıq hissinin baş qaldırmasına səbəb olan halların varlığıdır. Etimal etmək olar ki, şəhid ailəsinin üzvü olan və bir neçə gün bundan əvvələ qədər Fizuli Rayon Diaqnostika Mərkəzində baş həkim vəzifəsini daşıyan 63 yaşlı Cümşüd Məmmədovun heç bir əsas olmadan daşıdığı vəzifəsindən uzaqlaşdırılması, adı çəkilən səhiyyə müəssisəsində çalışan 215 nəfər şəxsin tam əksəriyyətinin, dövlət-hakimiyyət orqanlarından narazı salınmaları yöndə atılmış məqsədli addımdır. Hətta, o haqda da düşünmək olar ki, ölkəmizin indiki həssas anlarında belə bir addımların atılması müxalif düşərgədə duranlara verilmiş “pərdəarxası” dəstəyin müəyyən formasıdır. Ona görə də düşünürük ki, məqalənin dərcindən sonra aidiyyəti qurumlar yaşanan olayların araşdırılması yöndə müəyyən addımlarını atıb, bəzi gizlinlərin ortaya çıxarılmasına nail ola biləcəklər. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzu diqqətimizdədir.


25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS