Son xəbərlər

 

Dünya siyasətinin sönməyən günəşi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çoxillik zəngin siyasi fəaliyyəti xalqımızın dövlətçilik tarixində müstəsna rol oynamışdır. Müstəqil Azərbaycan sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində ötən əsrin 69-ci illərində qoyulmuşdur. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmiş, ölkəmizin gələcək dövlət müstəqilliyi üçün möhkəm təməl yaradılmışdır. Sürətli iqtisadi inkişaf nəticəsində Azərbaycan İttifaq büdcəsindən dotasiya almayan, öz-özünü təmin edə bilən az sayda respublikalardan biri olmuşdur. Həmin illərdə Heydər Əliyevin səyləri ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin, dilinin inkişafına güclü təkan verən tədbirlər həyata keçirilmişdir. Azərbaycan SSRİ-nin tərkibindəki üç respublikadan biri idi ki, onun Konsitusiyasında xalqın danışığı əsas dilə-Azərbaycan dilinə dövlət statusu verilmişdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bir-birinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli və tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. 1993-cü ilin iyununda Azərbaycan parlamentinin sədri seçilən Heydər Əliyev ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşnalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanmış və onun tam dəstəyini almışdır. Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq, ardıcıl inkişaf yoluna çıxarmışdır. Bu illər ərzində dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmiş, müstəqil Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirməyə başlanmışdır. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurla hakim kəsilmiş, milli birlik və həmrəylik təmin edilmişdir. Bir sözlə, Azərbaycan dövlətinin tarixində xalqının yaddaşında əbədi özünə yer eləmiş Heydər Əlirza oğlu Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firəvan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr edib. Təsadüfi deyildir ki, bütün dünyanın tanıdığı bu dahi siyasətçi haqqında nüfuzlu şəxslər, dövlət və hökumət nümayəndəliyi, elm və mədəniyyət xadimləri olduqca yüksək fikirlər səsləndiriblər. "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur" (Corc Buş), "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır" (Jak Şirak), "Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi ilə və firəvanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqaladə xidmətləri ilə türk və dünya tarixində şərəfli yer tutmuşdur" (Rəcəb Tayyib Ərdoğan), "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası dünya birliyində layiqli yer tutdu" (II İohan Pavel), "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünki qurucularındandır" kimi fikirlər sübut edir ki, ayrı-ayrıliqda özləri bir dahi olan bu şəxslər Heydər Əliyevi nüfuzlu siyasətçi, güclü dövlət xadimi kimi xarakterizə ediblər. Ümumiyyətlə, bu böyük şəxsiyyət bütün varlığı ilə sevdiyi Vətəni, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarmış, bizə bugünkü Azərbaycanı əmanət qoymuşdur. Deməli, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olmaqla yanaşı, həm də dahi şəxsiyyətdir. Azərbaycanı dünyaya tanıdan böyük azərbaycanlı, ümummilli liderimiz Heydər Əliyev istedadı və şəxsi keyfiyyətləri ilə milyonlarla ürəkləri fəth etmişdir. Bu gün Azərbaycana Heydər Əliyev yolunun davamçısı İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və yaşayacaqdır. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın bugünkü prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 


Bu gün bu böyük və əbədiyaşar şəxsiyyətin doğum günüdür. O , sıralarımızda olmasa da ruhən və mənən bizimlədir , ölməzdir , əbədidir .Ruhun şad olsun , Ulu Öndər!

Zaqatala təhsil şöbəsinin müdiri Habil Qurbanov!

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü