Hakimiyyəti dinc yolla 2025-ci il yanvarın 20-də andiçmə mərasimi ilə yeni seçilmiş prezident Donald Trampa ötürəcəm.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib.
"Donald Trampa zəng edərək onu qələbəsi münasibətilə təbrik etdim və onu əmin etdim ki, bütün administrasiyamı hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün onun komandası ilə işləməyə istiqamətləndirəcəyəm", - Bayden qeyd edib.