Bəzi Qərb elitaları əksəriyyətin maraqlarına cavab verən yeni beynəlxalq sistemin yaradılmasına imkan vermək istəmir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, beynəlxalq münaqişələr və toqquşmalar qarşılıqlı dağıntılarla doludur:
“Axı bu silahlar mövcuddur və daim təkmilləşdirilir, texnologiya inkişaf etdikcə yeni formalar əldə edir. Və "nüvə klubu" genişlənir. Heç kim təminat vermir ki, təhdidlərin sürətlə artması və hüquqi və əxlaqi normaların yekun şəkildə məhv edilməsi halında bundan istifadə edilməyəcək”.