Ötən gün təyyarədə Prezident Trampla Yaxın Şərq barəsində söhbət edirdik və o, bir vərəq götürüb üzərində regionun xəritəsini çəkdi.
Xəritədə bütün Yaxın Şərq ölkələri vardı ki, amerikalıların çoxu bunu edə bilməzdi.
Axar.az xəbər verir ki, bunu amerikalı siyasətçi kiçik Robert Kennedi deyib.
“Sonra Tramp hər bir ölkənin hərbi gücünü yazdı. O, xüsusilə Suriya ilə Türkiyə arasındakı sərhədə baxaraq, “Suriya və Türkiyə sərhədində 500 əsgərimiz var. Türkiyədə 750 min, Suriyada isə 250 min əsgər var. Əgər onlar bir-birinə qarşı çıxsa, biz ortada qalacağıq. O, generallardan soruşdu ki, bəs o 500 əsgərə nə olacaq?
Generallar ona cavabında əsgərlərin top yemi olacağını dedilər. Tramp da bildirdi ki, onları ordan çıxarın!” - Kennedi bildirib.