Son xəbərlər

 

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­ib.

 

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbay­can Prezi­den­ti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin 18 fevral 2005-ci il­ tarixli sərəncamı əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin yaradıl­ması ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının genişlənməsi, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daima ali diqqətin göstərilməsi sayəsində yüksək nəticələrin əldə olunması qeyd edilib.

DSX-nin Sahil Mühafizəsi üçün əlamətdar olan bu günün Vətən Müharibəsində tarixi qələbənin təntənəsinin yaşandığı dövrə təsadüf etməsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin Azərbay­canın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmasının DSX-nin bütün şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissləri ilə qarşılanması vurğulanıb.

Vətən müharibəsində Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermənistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zən­gilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olun­ma­sında Azərbaycan sərhədçilərinin göstər­dikləri qəhrəmanlıqlar, “Harop” və digər zərbəendirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticəsində düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qürur hissi ilə qeyd olunub, işğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradıl­ması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.

DSX rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, böyük şərəf hissilə Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xidməti tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltif edilib.

25 Aprel 2024 İsrail HƏMAS-ın yeni tunellərini məhv etdi
25 Aprel 2024 Avropa ölüm riski ilə qarşı-qarşıyadır - Makron
25 Aprel 2024 Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan
25 Aprel 2024 Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Aprel 2024 Nebenzyadan ABŞ nümayəndəsinə: Niyə bunu istəmirsiniz?
24 Aprel 2024 Putin Şoyqunun müavininin həbs əmrini buna görə verib
24 Aprel 2024 AB İvanişvilini cəzalandırmaq istəyir
24 Aprel 2024 Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...
24 Aprel 2024 İranlı millət vəkili Rəisiyə: İnsanlar məhv olur!
24 Aprel 2024 Fələstin dövlətini tanımaqda qərarlıyıq - Sançes
24 Aprel 2024 Krım körpüsü bağlandı
24 Aprel 2024 Matviyenko: Simonyana ayıb olsun, bütün xətləri keçdi!
24 Aprel 2024 Rus ordusunun hücumu belə dəf edildi - Video
24 Aprel 2024 Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj
24 Aprel 2024 Ukrayna bu istiqamətdə əməliyyata başlayacaq
24 Aprel 2024 İranı bundan aydın pisləyə bilməzdik - Borrell
24 Aprel 2024 Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov
24 Aprel 2024 Səudiyyə kralı xəstəxanaya yerləşdirildi
24 Aprel 2024 Co Bayden yenə hava ilə “salam”laşdı - Video
24 Aprel 2024 Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç
24 Aprel 2024 Argentina İran nazirinin həbsini tələb edir
24 Aprel 2024 Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video
24 Aprel 2024 Şoyqunun müavininin keçmiş arvadı da yoxa çıxdı
24 Aprel 2024 KXDR-in nümayəndə heyəti İrana gəldi
24 Aprel 2024 Şoyqunun müavini 2 aylıq həbs edildi
24 Aprel 2024 ABŞ 3 iranlının başına 10 milyon dollar mükafat təyin etdi
24 Aprel 2024 Almaniya lideri İstanbulda dönər payladı - Video+Fotolar
24 Aprel 2024 La-Manş boğazını keçmək istəyən 5 nəfər öldü - Biri uşaqdır
24 Aprel 2024 Şoyqunun müavini rüşvətə görə saxlanıldı
24 Aprel 2024 Bu, inkişaf üçün güclü təkan olacaq - Putin