Cənubi Amerika ölkəsi Ekvadorda 5,2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Ekvadorun Milli Risk Azaltma Katibliyi (SNGR) məlumat yayıb.
Zəlzələnin episentri Quayas şəhərindən 16 km uzaqlıqda, yerin 45 km dərinliyində yerləşib.
Dağıntı və tələfat olmayıb.