Sudanın Qərbi Darfur əyalətinin Qeneyna şəhərində baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 129-a, yaralıların sayı isə 198 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə “Baj Nyus” məlumat yayıb.
Cəsədlərin Murni və Kaukar rayonlarındakı xəstəxanaların morquna yerləşdirildiyi bildirilib.
Ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, şənbə günü Qeneyna sakinin naməlum şəxslər tərəfindən öldürülməsindən sonra şəhərdə qarşıdurmalar başlanıb.