Çin koronavirusa qarşı mübarizə aparmaq üçün tələb olunan məlumatları gizlətməyə davam edir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mark Pompeo bəyanat yayıb.
“COVİD-19-un qarşısını almaq olardı. Hər hansı bir məsuliyyətli dövlət bu halda dünya səhiyyə ekspertlərini gün ərzində dəvət edərdi. Çin isə xarici yardımdan imtina etdi. Pekin hazırda dünyanı bu ölümcül virusdan qurtarmaq üçün zəruri məlumatları gizlətməyə davam edir”, - o bildirib.