Çin heç bir gücə ölkənin müqəddəs ərazisini parçalamağa cəhd etməyə imkan verməyəcək.
Axar.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin deyib.
“Biz təbii ki, dövlət suverenliyimizin, təhlükəsizliyimizin və inkişaf maraqlarımızın dağılmasına seyrçi qalmayacağıq. Belə situasiya peyda olacağı təqdirdə Çin xalqı dağıdıcı zərbə endirəcək”, - Szinpin qeyd edib.