Türkiyədə zəlzələdən sonra dağıntılar altında 4 nəfərin sağ çıxarılması barədə rəsmi açıqlama verilib.
Axar.az xəbər verir ki. 2 nəfər Elazığda, 2 nəfər isə Malatyada dağılmış evlərin altından yaralı halda xilas edilib.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, zəlzələ nəticəsində 18 nəfərin öldüyü, 553 nəfərin yaralandığı, 30 nəfərin isə itkin düşdüyü bildirilmişdi.