Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb.

 

Yeni fəaliyyətə başlayan COP29 Məlumat Mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır. COP29 Məlumat Mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.

Ümumilikdə doqquz məlumat mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.

Qeyd edək ki, məlumat əldə etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən istifadəyə verilmiş *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.

COP29 Məlumat Mərkəzlərinin ünvanı:

1. Nizami küçəsi, “Nərgiz” TM-nin arxası

2. Dənizkənarı Milli Park, “Park Bulvar” TM-nin arxası

3. Albert Aqarunov küçəsi

4. “Koroğlu” m/s (Bakı Stadionu tərəfinə çıxış)

5. Heydər Əliyev Sarayı

6. “Port Baku” TM-nin çıxışı

7. “Sea Breeze Resort” kompleksi

8. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 1

9. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 2

Məlumat Mərkəzlərinin iş saatları:

Şəhər ərazisində: 10:00-19:00

Heydər Əliyev Beynəlxalq Aeroportu: 24/7

11 Noyabr 2024 COP29 Gənc Liderlik Forumu keçirildi
11 Noyabr 2024 Nepal prezidenti COP29-dan əsas gözləntilərini açıqladı
11 Noyabr 2024 Antonio Quterreş Bakıya gəldi
11 Noyabr 2024 İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşdü
11 Noyabr 2024 Yaponiyanın yeni baş naziri bəlli oldu
11 Noyabr 2024 11 günümüz var, 100 milyardlarla dollar... - Babayev
11 Noyabr 2024 Alimlərin şok araşdırması: Türklər bu xalqla qohumdur!
08 Noyabr 2024 Robotun çəkdiyi şəkil fantastik qiymətə satıldı
08 Noyabr 2024 Azərbaycan XİN-dən Fransaya çağırış
08 Noyabr 2024 Cavan getmişdik, qoca qayıtdıq... - Video
08 Noyabr 2024 Husilər hipersəs raketi ilə İsrail bazasını vurdu
08 Noyabr 2024 Rusiya və Ukrayna ombudsmanları görüşdü
08 Noyabr 2024 Bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır - Əliyev
08 Noyabr 2024 COP29 gec yekunlaşa bilər - Anar Ələkbərov
08 Noyabr 2024 Hər an yeni təxribata hazır olmalıyıq - Prezident
08 Noyabr 2024 Maduro Putini Ronaldo ilə müqayisə etdi
08 Noyabr 2024 Mirziyayevdən Əliyevə: Bundan qürur duydum
08 Noyabr 2024 Bayrağımız "Ginnesin rekordlar kitabı"na düşdü - Foto
08 Noyabr 2024 Amerikada göyərçin dronlar yaradıldı
08 Noyabr 2024 Ermənistanı yeni müharibəyə təhrik edirlər - Prezident
08 Noyabr 2024 Bayden oğlunu bağışlamayacaq - Ağ Ev
08 Noyabr 2024 Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər
08 Noyabr 2024 Şuşa şəhərinin işğaldan azad olunmasından 4 il ötür
08 Noyabr 2024 Uca Tanrı Azərbaycanımızı daim qorusun - Əliyeva
08 Noyabr 2024 Barış Mançonu o, canlandıracaq - FOTO
08 Noyabr 2024 "Qurdlar vadisi"nin aktyoru Azərbaycana köçdü
08 Noyabr 2024 Tramp seçki rekordu qırdı: Reyqan və Buşu geridə qoydu
08 Noyabr 2024 İshaq Hersoq Bakıya 3 nazir, 100 nümayəndə ilə gəlir
08 Noyabr 2024 İlham Əliyevdən Şuşa ilə bağlı paylaşım - Video
07 Noyabr 2024 Ermənilərə xəbərdarlıq: Tramp Əliyev və Ərdoğana görə...