Biz hər gün oğulun atasını, ərin arvadını öldürdüyü xəbərlərinə rast gəlirik.
Bunların qarşısını almalıyıq. Maarifləndirmə işi aparılmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat televiziya kanalarında yayımlanan verilişlərin məişət zorakılğını artırdığını bildirib:
“Verilişlər bu hadisələri daha da qızışdırılır. Hamımız da buna susuruq. Sən bir verilişin aparıcısısan, ancaq özünü həm prokuror, həm vəkil kimi aparırsan. Məsələnin mahiyyətindən xəbərin yox, hüquqi biliyin yox! Onların, həmçinin o verilişə gələn ekspertlərin qarşısı ciddi şəkildə alınmalıdır.
Gəlib camaata ağıl öyrətməməlidirlər. Seriallar da məişət zorakılığına səbəb yaradır. Keçmişdə gənclər Koroğluya, Babəkə oxşamaq istəyirdisə, indi seriallardakı obrazlara oxşamaq istəyirlər. Bunlar cəmiyyətin əxlaqını, mənəviyatını pozur”.