Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azərbaycan prospektinin Çingiz Mustafayev küçəsi ilə kəsişməsindən Füzuli meydanına qədər olan hissəsində hərəkət tam olaraq məhdudlaşdırılacaq.
Bu barədə Axar.az-a Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, məhdudlaşdırma bir gün tətbiq ediləcək.
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – A.Nəcəfli qeyd edib.