Kursk vilayətində vəziyyət Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır, hazırda Rusiya ərazisinə daxil olan Ukrayna Silahlı Qüvvələrinin blokadası tamamlanır.
Axar.az xəbər verir ki, bu barədə TASS-a “Əhməd” xüsusi təyinatlı qüvvələrinin komandiri general-mayor Aptı Alaudinov deyib.
“Vəziyyət nəzarət altındadır, biz Kursk vilayətinin ərazisinə daxil olan qüvvələrin və vasitələrin blokadasını başa çatdırırıq və yavaş-yavaş, necə deyərlər, mövcud boşluqları dolduruq”, - o bildirib.
Alaudinov əlavə edib ki, Rusiya qüvvələri ilk andan düşməni məhv etməklə məşğuldur:
“Hazırda düşmən həqiqətən də həm texnika, həm də canlı qüvvə baxımından çox ağır itkilər verir”.
Qeyd edək ki, Ukrayna ordusu bu gün Kurskda daha iki kəndi ələ keçirib.