Rusiyada keçirilən prezident seçkisində 2 milyona yaxın seçici vaxtından əvvəl səs verib.
Axar.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.
Qeyd edək ki, Rusiyada prezident seçkisi 2024-cü il martın 17-nə təyin edilib. Ölkədə səsvermə 3 gün - 15-17 mart tarixlərində olacaq. Artıq ölkədən kənarda səsvermə başlayıb.