Ermənistanın müdafiə naziri Suren Papikyan “düşmənə atəş açmamaq əmri” ilə bağlı söhbətləri tez təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərə açıqlamasında deyib.
“Xeyr, atəş açmağı qadağan edən heç bir sərəncam yoxdur. Ermənistan silahlı qüvvələri tapşırılan vəzifələri yerinə yetirməkdə davam edir”, - o bildirib.