Pensilvaniya senatoru Con Fetterman demokrat həmkarlarını rüşvət qalmaqalına görə çoxsaylı ittihamlara baxmayaraq, ermənipərəst Bob Menendezin Senatda qalmasına icazə verdiklərinə görə tənqid edib.
Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” kanalı məlumat yayıb.
Fetterman demokratların Menendezi hələ də Senatdan qovmadıqlarından şikayətlənib:
“Aydın idi ki, həmkarlarım onu Senatda saxlamaq istəyirdilər və indi iki aydan az müddətdə hər şeyi həll edəcək məhkəmə olacaq. Bilmirəm bunu necə deyim, görünür, Senatda bir əclafın olması onlarda narahatlıq yaratmır”.