İsveçin müdafiə xərcləri ÜDM-in 2,5%-dən çox olmalıdır.
Axar.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.
“Biz daha çox sərmayə qoymalı olacağıq. 2020-2024-cü illər arasında biz müdafiəyə investisiyaları 5.8 milyard dollardan 11.5 milyard dollara qaldırdıq. Bu, tamamilə zəruri idi, lakin biz modernləşməni sürətləndirməliyik”, - nazir bildirib.