Milli.Az konkret.az-a istinadən xəbər verir ki, məktubun surətini NEWS.ru yayıb.
Məktubda yazılıb: "İkinci Dünya Müharibəsində Qələbə çalmış generalissimusun nəvəsi və Zaksenhauzen faşist düşərgəsində həlak olmuş Yakov Cuqaşvilinin nəvəsi, sonuncu Cuqaşvili kimi mən Stalin ailəsi adından sizə dəstək olmağa hazıram. Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən bu təşkilatın gələcək taleyini həll etmək üçün BMT-nin xüsusi iclasının çağırılmasına təşəbbüs göstərməyı xahiş edirəm ".
O qeyd edib ki, BMT ayrı-ayrı xalqların soyqırımının qarşısının alınmasının həllində səriştəsizliyini sübut edib. Onun sözlərinə görə, təşkilat Donbassda "rusların məhvinə imkan verir", həmçinin Qəzza zolağında ikili standartlar tətbiq edir.
Bensaadın mətbuat attaşesi Vadim Qorjankin bildirib ki, BMT-nin qərargahı yaxşı olardı ki, ya Moskvaya, ya da Yaltaya köçürülsün. O qeyd edib ki, Qərb diplomatları hazırda viza rejimindən təzyiq məqsədilə istifadə edir və Rusiya nümayəndələrini BMT-nin Nyu-York sessiyalarında iştirak etmək imkanından məhrum edirlər.