Martın 2-də İsrail ordusunun Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində radikal şiə Hizbullah hərəkatının 6 yaraqlısı məhv edilib.
Axar.az xəbər verir ki, onların arasında təşkilatın lideri Nəsrullahın nəvəsi Abbas Əhməd Xəlil də var.
Qeyd edək ki, Nəsrullahın qaynı, Hizbullahın yüksək rütbəli komandiri Visam ət-Tavil 8 yanvarda öldürülmüşdü.