Krım körpüsünün partlaması ilə bağlı alman hərbçilərin səs yazısının məzmunundan hələlik xəbərim yoxdur, lakin səs yazısı mövcuddursa, Kreml yəqin ki, onu dinləyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, o, yüksək rütbəli alman Bundesver zabitlərinin “Krım körpüsünü necə bombalayacaqlarını” müzakirə etdiyi səs yazısı əldə edib.