KTMT nizamnaməsinin 11-ci maddəsində göstərilir ki, hər hansı dövlət təşkilatdan çıxmaq istəsə, 6 ay əvvəl xəbərdarlıq etməlidir.

6 aydan sonra ərizə geri götürülməsə, o zaman KTMT-ni tərk etmiş sayılır. Lakin nizamnamədə münasibətlərin dondurulması ilə bağlı bənd yoxdur: ya təşkilatın üzvüdür, ya da deyil.

Axar.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri Qriqor Balasanyan deyib.

“Belə görünür ki, Paşinyanın Mur və Şoltsla görüşündən sonra Ermənistanın KTMT-dən çıxması tələbi irəli sürülüb. Lakin Ermənistan rəhbərliyi onun fəlakətli nəticələrini tam anlayaraq, Qərbin kefini pozmamaq , ruslarla və KTMT ilə münasibətləri korlamamaq üçün aralıq bəyanatlar verir. Paşinyanın KTMT üzvlüyünün dondurulması ilə bağlı bəyanatı vaxt udmaq üçün atılan addımdır. Ancaq Ermənistana nə qədər vaxt ayrılacağı məlum deyil. İrəvan davamlı olaraq bu şəkildə iki geosiyasi mərkəz arasında manevr etməyə çalışırsa, bir gün onun qarşısında bu və ya digər şəkildə tələb irəli sürüləcəyini açıq şəkildə anlamalıdır. Odur ki, “B” planı varsa, vaxt qazanmaq olar, plan yoxdursa, vaxt qazanmaq heç nə verməyəcək, əksinə, iki geosiyasi mərkəz arasında münasibətləri daha da gərginləşdirəcək. Hazırda Ermənistanın Rusiyadan başqa heç bir dövlətlə müttəfiqlik münasibətləri yoxdur. Tərəfdaşlıq, bir-birinə gülümsəmək, avropalıları ermənicə salamlamaq onların Ermənistanın müttəfiqi olması demək deyil. Ən yüksək kooperativ statusa malik olan və iki ildir NATO-dan silah-sursatla təmin olunan Ukrayna belə NATO-nun onun müttəfiqi olduğunu iddia etmir. İrəvan müttəfiqi ilə münasibətləri kəsir, əksinə, Qərbdən heç bir status belə almır. Ona görə də heç nə almadan potensial düşmənlərimizə siqnal verirlər ki, Ermənistan artıq müdafiəsiz deyil, nə istəsələr, edə bilərlər. Bu təhlükəlidir. Yaxşı olardı ki, bu haqda fikirləşsinlər və münasibətləri Fransanın müdafiə naziri ilə salamlaşma desibelləri və ya Makronun ermənipərəst bəyanatları ilə ölçməsinlər, çünki bu, Ermənistana heç nə verməyəcək”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!