Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
Axar.az xəbər verir ki, nazir bu barədə X hesabında paylaşım edib.
“32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, can Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır”, - H.Fidan vurğulayıb.