Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş Rusiyada keçiriləcək prezident seçkisindən əvvəl baş tutmayacaq, lakin yüksək səviyyəli təmaslara hazırlıq gedir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsinin sözlərinə görə, prezidentin seçki öncəsi kifayət qədər sıx və gərgin qrafiki var:
“Cənab Ərdoğanın da çox məşğul qrafiki var. Amma ən yüksək səviyyədə təmaslara hazırlıq gedir, bunu dəfələrlə bəyan etmişik. Bu təmaslar iki prezidentin iş qrafikinə ən uyğun olan vaxtda baş tutacaq”.