İmam Zamanın zühurundan sonra məktəblərin, universitetlərin və elmi seminariyaların 90 faizi bağlanacaq.
Axar.az xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xameneinin ofisinin sözçüsü Əlirza Pənahian deyib.
O bildirib ki, zühur dövründə insanlarının təhsilə ehtiyacı olmayacaq.
“Zühurdan öncə isə 27 elmi sahədən yalnız 2-i inkişaf edəcək”, - o iddia edib.