Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı X sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb.
“Bitməyən ağrı Xocalı soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür.