Terrora qarşı uğurla mübarizə aparırıq.
Artıq Türkiyə daxilində terrorçu qalmayıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bütün çətinliklərə rəğmən, imperialistlərə, terrorçulara təslim olmayıb:
“Cənub sərhədlərimizdə terror dövlətlərinin yaradılmasına da imkan vermədik. Arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyik”.