Yanvar ayının 1-dən əmək pensiyaları artırılsa da, hər kəsin gözlədiyi minimum əmək haqqı artırılmadı.

Hər kəs ərzağın, kommunal ödənişlərin baha olduğunu, 350-400 manatla yaşamağın çətinliyini qeyd edir. Bəs yaxşı yaşamaq üçün minimum maaşı nə qədər olmalıdır?

Axar.az xəbər verir ki, deputat Aqil Abbas Globalinfo.az-a deyib ki, minimum maaş 500 manat olmalıdır.

O, 345 manat maaş alanlar üçün dolanışığın ürəkaçan olmadığını bildirib:

“Maaş az olduğu üçün əksəriyyət kasıb yaşayır. Məsələn, satıcılar minimum maaş alırlar. Bu, doğru deyil. Bir tərəfdən də cərimələrin məbləğinin artırılması təklif olundu. Bu cəmiyyət nə maaş alır ki, ondan da cərimə ödəsinlər?! Hər şeyə görə cərimə olmaz axı. 300 manat maaş alan adam nətər dolansın, cəriməni necə ödəsin, nə yesin? Bunları nəzərə almaq lazımdır”.

Aqil Abbas deyib ki, düşündükdə, bu gün heç 500 manat da dolanışıq üçün kifayət etmir:

“Çox istərəm ki, insanlarımız yaxşı dolansınlar. Düzdür, müharibədən yeni çıxmışıq, Qarabağın quruculuq işləri davam etdirilir, elə təkcə Ağdam üçün azı 80-90 milyard dollar pul lazımdır. İqtisadiyyatımız gücləndirilsə, sosial məsələlər də həllini tapacaq. Amma bu məbləğ az da olsa, istərəm ki, heç olmasa minimum əmək haqqı 500 manat olsun. Ərzaq da bahadır, almaq olmur. Bir sözlə, 345 manat azdır, heç nəyə bəs etmir. Ölkədə yüksək maaş alanlardan biri mənəm, lakin aldığım məbləğ heç ay sonuna çatmır. Bəs bu kasıb nə etsin?!”

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!