Münhen konfransı Paşinyanın Rusiyadakı reputasiyasına və İrəvanla Moskva arasında münasibətlərin erkən pozulma ehtimalına yeni heç nə əlavə etmədi. Bu qaçılmazdır və bunun üçün yeni səbəblərə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Modest Kolerov deyib.

“Paşinyan Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını dedi və bu, çoxdanın məlum xəbəridir. İrəvandan başqa hamı artıq başa düşüb ki, Nikol Rusiya ilə münasibətləri pozub. Növbəti addım KTMT-dən çıxmaq və Rusiya bazasının Ermənistandan çıxarılması olacaq. İlk addım KTMT sessiyasının Ermənistandan kənarda keçirilməsi təşəbbüsü oldu”, - o bildirib.

Əliyevin də analoji bəyanatla çıxış edərək, Ukraynanın ərazi bütövlüyünü tanıdığını deməsinə gəlincə, Kolerov vurğulayıb ki, Çin də oxşar bəyanatlar verir:

“Amma bunu bacaran ölkələr də var, bacarmayanlar da. Belə bəyanatları Çin verə bilər, Ermənistan yox. Azərbaycanla bağlı fikirlər fərqlidir. Son iki ildə Bakı və İrəvandan bizim müharibə ilə bağlı belə bəyanatlar praktiki olaraq sıfıra endirilib. Hətta Çinin nəzakətli neytrallığı belə vəziyyətə təsir edə bilməz. Rusiya Bakı ilə münasibətləri kəsməyə hazır deyil, çünki bizim Bakı ilə ümumi sərhədimiz var, Ermənistanla isə ümumi sərhədimiz yoxdur. Əliyevin bütün bu Qərb platformalarını rədd etdikdən sonra Münhenə getməsini onun manevri kimi görürəm. O, heç vaxt Qərblə kəskin qırılma nöqtəsinə getməyəcək. Azərbaycan Rusiyanın müttəfiqi olmayacaq. Bakı NATO üzvü olan Türkiyənin müttəfiqidir”.

Rusiyalı politoloq bir daha qeyd edib ki, Ermənistan Rusiyanı birdəfəlik tərk edib:

“Hələ də texniki problemlər var, geri qayıtmayacaq”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!