Cənab İlham Əliyev seçkidən sonra keçirilən andiçmə mərasimində bizim bir ailə olduğumuzu vurğuladı.

Türkiyədə mətbuat konfransında prezidentlərimizin yan-yana, çiyin-çiyinə bütün dünyaya verdiyi mesajlar da bu sözləri bir daha təsdiqlədi. Ölkə başçılarının dilə gətirdiyi məsələlər yalnız mesaj deyil, eyni zamanda bizim üçün yol xəritəsidir.

Bu sözləri Axar.az-a İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən ortaq mətbuat konfransında səsləndirilən fikirləri şərh edən qardaş ölkənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

Onun sözlərinə görə, TDT-nin növbəti Zirvə Toplantısının Şuşada keçirilməsi və ortaq universitetin qurulması haqqında qərar mühüm tarixi əhəmiyyət daşıyır:

“4 ay sonra Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə Toplantısına müşahidəçi statusunda Şimali Kipr Türk Respublikası Prezidentinin də dəvət olunması çox böyük tarixi hadisədir. Naxçıvan müqaviləsinin imzalanmasının 15-ci ildönümü ərəfəsində Ərsin Tatarın da Zirvədə iştirakı həm bir ailə olduğumuzu, həm də maneələrə baxmayaraq, qətiyyətlə gələcəyə doğru irəlilədiyimizi bütün dünyaya göstərəcək. Belə uğurlar çox böyük zəhmətlə və riskə getməklə qazanılır. Fikrimcə, burada cənab İlham Əliyevin əməyini xüsusi qeyd etmək lazımdır.

Təbii ki, qarşıya qoyulan hədəflərə çatmaq və birliyimizi gücləndirmək üçün milli ruhda böyüyən, adət-ənənələrimizə yiyələn, bunu həyat tərzinə çevirən gənclər yetişdirilməlidir. Türkiyə-Azərbaycan Universitetinin qurulması üçün anlaşma memorandumunun imzalanması da sözügedən istiqamətdə atılan çox ciddi addımdır. Bu təhsil ocağı bütün qardaş ölkələrimizin gənclərini bağrına basacaq. Yetişən gənclər üzərlərinə düşən missiyanı şərəflə daşıyacaq və gələcək nəsillərə ötürəcəklər”.

Yücel Karauz AŞPA-nın ölkəmizə qarşı haqsız addımlarından danışıb:

“Əlbəttə, qazandığımız uğurlar dostlarımızı məmnun etdiyi kimi, bizi istəməyənləri də qıcıqlandırır. Ona görə də min bir bəhanə ilə qarşımızı kəsməyə çalışırlar. AŞPA-da Azərbaycana qarşı hüquq tanımayan, qərəzli davranış və atılan son addımlar da bunun bariz örnəyidir. Əlbəttə, bunu heç bir halda qəbul etmək mümkün deyil. Cənab Ərdoğan da bu məsələdə Türkiyənin sonadək Azərbaycanın yanında olacağını, dəstəyini əsirgəməyəcəyini bildirdi. Çünki biz qardaşıq və hər zaman bir-birimizin yanında olmaq yalnız strateji müttəfiqlikdən irəli gələn məsələ deyil. Bu bizim bir-birimizə qarşı qardaşlıq vəzifəmizdir”.

 

General qazanılan qələbələrin Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət və tək Ordu” olduğunu sübut etdiyini vurğulayıb və Ermənistana xəbərdarlıq edib:

“Ölkə başçılarımız dövlətlərimizin eyni zamanda ordu quruculuğu, müdafiə sənayesi sahəsində ortaq hədəflərə doğru qətiyyətlə irəliləməyə davam edəcəyini bildirdilər. İlham Əliyev Azərbaycan Ordusunun həm 44 günlük Vətən müharibəsində, həm də 24 saatlıq antiterror əməliyyatı zamanı öz gücünü göstərdiyini, Türkiyə ordu modelinə keçidin uğurla nəticələndiyini vurğuladı. Gücümüz dosta güvən, düşmənə isə qorxu salır”.

Karauz Ermənistanın mövcud vəziyyətdə yaxşı düşünüb sonra addım atmalı olduğunu qeyd edib:

“Mətbuat konfransında eyni zamanda Ermənistana xəbərdarlıq edildi. Ermənistan sülh əldə olunması üçün meydana çıxan tarixi fürsəti yaxşı dəyərləndirməlidir. Çünki sonra gec olacaq və əgər başqalarının fitnəsi ilə özünü oda atsa, kimisə köməyə çağırmağa belə imkan tapmayacaq, meydanda tək qalacaq.

Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə tarixin ən üst səviyyəsinə çatan əlaqələri daha da inkişaf etdirməkdə qətiyyətlidir. Birliyimiz yalnız ölkələrimiz üçün deyil, qardaş ölkələrimizdə və bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün təminatdır”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!