Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyi Los-Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücüm etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib.

Müraciəti təqdim edirik: “Bildiyiniz kimi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.

Soydaşlarımız ABŞ-ın müxtəlif şəhərlərində uğurlu aksiya və əks aksiyalar vasitəsilə ABŞ ictimaiyyətinə öz haqlı səslərini çatdırıb və erməni lobbiçilərinin yalanlarını ifşa edib. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimiz zorakılığa məruz qalıb. Nəticədə, bir neçə həmvətənlərimiz ciddi bədən xəsarətləri alıb.

Xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik. Hər bir soydaşımıza göstərdiyi vətənpərvərlik və milli birliyə, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildiririk.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə iyulun 21-də Los-Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar Los-Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir.

Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, həmvətənlərimizə bir daha ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meyilindən agah olmağa, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməyə tövsiyə edirik. Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirmək və təhlükəsizliyin tam şəkildə təmininə əmin olması ciddi şəkildə tövsiyə edilir.

Eyni zamanda, soydaşlarımızdan xahiş edirik ki, rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los-Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər.

Xatırladaq ki, Kaliforniya və ABŞ-ın digər 12 qərb ştatı, o cümlədən Alyaska, Arizona, Kolorado, Havayii, İdaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq ştatları Los-Ancelesdəki Baş Konsulluğumuzun konsulluq dairəsinə aiddir və bu ştatlarda yaşayan həmvətənlərimiz birbaşa bu Konsulluğumuza müraciət edə bilər. Digər 37 ştatda yaşayan həmvətənlərimiz isə paytaxt Vaşinqtonda yerləşən Səfirliyimizə birbaşa müraciət edə bilər. Səfirliyimizin qaynar xətti budur: (+1) 202-560-3583”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!