Əziz dostlar, dəyərli oxucular.
Mən Rəhman Cəbiyev, bu günə qədər Azərbaycan və Azərbaycançılıq idiologiyasına sadiq qalaraq, dinimə, milli mənsubiyyətimə dayanaraq, vətənim Azərbaycanı cani könüldən sevən bir insan kimi Azərbaycanın hər bir vətənpərvər qeyrətli oğullarını çətin günlərində dəstəklədim və əlimdə olan bütün imkanları səfərbər etdi. Azərbaycanı sevən, bayrağına dəyər verən, millətinin yanında olan oğullardan biri də Mübariz Mənsimovdur. Mən, Mübariz Mənsimovu şəxsən tanımıram və onu müdafiə etmək üçün şəxsən tanımağıma da ehtiyac duymuram. Bilirsiniz ki, heç bir günahı olmadan, əsassız ittihamla Mübariz bəyin barəsində həbs qətimkan tədbiri seçiləndən bu günə qədər, istər Türkiyədə, istər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılar Mübariz bəyin müdafiəsinə qalxdılar. Bu müdafiə elə təşkil olundu ki, Mübariz bəyə dəstək adı altında məqsədyönlü insanlar da həqiqi Mübarizsevərlərin içinə sızmağa imkan tapdı. Hal bu ki, bu saxtakarların yeganə məqsədi, Mübariz bəyə zərbə vurmaq, Mübariz bəyin müdafisəinə əngəl törətmək və həqiqi Mübarizsevərlərin arasında baş verənləri əks tərəfə çatdırmaq, Mübariz bəyə həsr olunan canlı yayımları pozmaqdan ibarətdir.
Bu müddət ərzində mən şəxsən apardığım analizlərə dayanaraq bu tipdə olan şəxsləri müəyyən edə bildim. Bu gün Mübariz Mənsimovun həbsdə olmasını nəzərə alaraq həmin şəxslərin və başında duranın adını açıqlamaq istəmirəm.
Biləsiniz ki, aramıza sızmış satılmış olan bu saxtakarlar hər gün artmaqdadır və bu addımlar məqsədyönlü şəkildə atılır. Çox təəssüf edirəm ki, bəzi həqiqi Mübarizsevərlər də həmin saxtakarlardan və satılmışlardan olan şəxslərin xoşagəlməz hərəkətlərinə bilmədən, onlara inanmaqla dəstək verirlər. İşin ən acı tərəfi budur !
Əziz dostlar, dəyərli oxucular.
Dünənki canlı yayımda baş verənlər də məhz həmin saxtakarların müdaxiləsi nəticəsində baş verdi. Nə yazıq ki, həqiqi Mübarizsevərlər rəy bölümündə yaradılan şounun məqsədinə varmadan həmin şəxslərə dəstək verməyə başladılar. Hal bu ki, onların əvvəldən elə məqsədləri belə bir vəziyyət yaratmaq idi. Vəzifələri isə Mübariz Mənsimovu dəstəkləyənləri parçalamaqdı. Bu gün canlı yayımın paylaşımlarına nəzər salanda gördüm ki, 399 paylaşımdan 308-I qalıb. 90 nəfərdən yuxarı insan paylaşımlarını siliblər. İndi soruşsan deyərlər ki, bu canlı yayımda qalmaqal oldu, ona görə sildik ki, düşmənlərimiz bundan istifadə edə bilərlər. Əslində bu yanlış bir yanaşmadır. Çünki düşmən o yayımdan istifadə etmək istəsə, mən yayımı silməmişəm, elə ordan götürüb istifadə edər. Hal bu ki, mən bir hüquqçu olaraq bilirəm ki, mənim o canlı yayımımda Mübariz bəyin əleyhinə istifadə ediləsi heç bir şey yoxdur və o yayımdan düşmən istifadə etməz. Əksinə istifadə etmiş olsa bu vəziyyət Mübariz bəyin xeyrinədir. Xeyrinə olduğu üçün də istifadə etməsi mümkünsüzdür.
Digər tərəfdən qeyd edim ki, paylaşımlarını silən 90 nəfər insanın içində həmin saxtakarlardan da var və onların sifarişi ilə Mübariz bəyin dəstəkçiləri də paylaşımlarını silməklə onların məqsədli istəklərini yerinə yetirdilər.
Çünki o saxtakarlar və satılmışlar, Mübariz bəy üçün ilk canlı yayım açan Fuad Abbasovu məhz buy olla susdurdular. Hazırda Azərbaycanda Mübariz Mənsimovu dəstəkləyən və canlı yayımlar edən Ümid Tv Azərbaycan kanalıdır ki, artıq parçalama yaratmaqla həmin satılmışlar öz istəklərinə bu dəfə də nail olurlar. Ümid Tv Azərbaycan kanalından başqa Azərbaycanda Mübariz bəyə dəstək olan bir kanal yoxdur. Əgər siz həqiqi Mübarizsevərlər o satılmışların arzularını həyata keçirirsinizsə, daha mənim sizə sözüm yoxdur.
İstəyirəm biləsiniz ki, mən Ümid Tv Azərbaycan kanalının rəhbəri Rəhman Cəbiyev olaraq Mübariz Mənsimov azadlığa çıxana qədər onu müdafiə edəcəm və ona dəstəklə bağlı canlı yayımıma 1 nəfər baxmış olsa belə canlı yayımlar edəcəm.
Mən hüuqçuyam və mübarizəm sivil hüquqi mübarizədir. Şantajçı saxtakarlar məni oyunlarına cəlb edə bilməzlər və dəstəyimə mane ola bilməzlər. Daha biz birlikdə güclüyük demiyəcəm. Çünki birlik görmədim. Tək də qalib gəlmək mümkündür. Çünki o qalibiyyəti tək olan Allah qazandırır !
Hörmətlə: Rəhman Cəbiyev Ümid Tv Azərbaycan.