Deputat: “Dəyərlər sisteminin qorumaq üçün sosial şəbəklərinin hüquqi tənzimləmə mexanizminə ciddi zərurət var”

“Son illərdə müasir informasiya texnologiyaları, xüsusən də sosial şəbəkələr insan həyatının ayrılmaz bir hissəsinə çevrildiyindən cəmiyyətdə ictimai rəyin formalaşmasında müstəsna rol oynayır. Müasir informasiya texnologiyaları sürətlə inkişaf etdiyindən həyatımıza elə daxil olub ki, hətta ona ciddi şəkildə təsir edə bilib. Bu da özlüyündə yeni bir ictimai münasibətlər sistemi formalaşdırmağa başlayıb. Yəni qloballaşmanın indiki mərhələsində məğlubiyyət və qələbələr kommunikativ texnologiyaların geniş istifadəsi ilə görünməz informasiya cəbhəsində reallaşdığından sosial şəbəkələrin ictimai rəyin formalaşmasında müstəsna rolu danılmazdır”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, istəyimizdən asılı olmayaraq, sosial şəbəkələr bu gün artıq insanın və cəmiyyətin sosiomədəni dəyərlər sistemini formalaşdırmaqdadır. “Bu da öz növbəsində istənilən cəmiyyətin informasiya və xəbərdən asılılıq dərəcəsinin dəqiq və ətraflı öyrənilməsini diqtə edir:

"Bu, ən azından qanunlar və real həyat arasında harmoniyanın yaradılması baxımından da vacibdir. Sosial medianın insan və cəmiyyətin həyatına təsiri düzgün qiymətləndirilmədikdə bu, dəyərlər sisteminin çöküşünə gətirib çıxarır.

 
Digər tərəfdən, yeni texnologiyalar sayəsində həyata keçirilən təbliğatlar insanların təkcə davranışına deyil, şüur və psixikasına da ciddi təsir göstərməkdədir. Nəticə etibarı ilə sosial medida yayılan bu xəbərlərə yeniyetmə və gənc nəslin milli-mənəvi dəyərlərə uyğun, vətənpərvər ruhda böyüdülməsində problemə çevrilir. Təəssüflər olsun ki, bəzi insanlar, özlərini siyasətçi, ictimai fəal adlandıranlar sosial məsuliyyət hissini “unutduğundan” yanlış fəaliyyət nəticəsində cəmiyyətin formalaşdırdığı dəyərlər sisteminə sarsıdıcı zərbə vurmaqla, əslində özləri də bilmədən və ya bilərəkdən gələcəyimizə balta çalmış olurlar. Ona görə də hesab edirəm ki, sosial medianın da hüquqi tənzimləmə mexanizminə ciddi zərurət var.

Təkzibedilməz faktdır ki, Azərbaycanda söz və məlumat azadlığı mövcuddur və bu, praktiki olaraq qanunvericlik aktları, ölkənin qoşulduğu müxtəlif beynəlxalq konvensiyalarla öz təsdiqini tapıb. Lakin ən inkişaf etmiş demokratik Qərb dövlətlərinin təcrübəsində olduğu kimi, Azərbaycan da öz informasiya məkanını cəmiyyətə açıq-aşkar təhdid vəd edən informasiyalardan qorumaq hüququna malikdir. Çünki biz son illərdə sosial mediada Azərbaycanı və onun inkişafını sevməyən qüvvələrin cəmiyyətdə xaos yaratmaq məqsədi ilə yanlış, reallıqdan uzaq, qərəzli rəy formalaşdıraraq, ölkəmizin beynəlxalq nüfuzlarına xələl gətirmək istiqamətində fəaliyyətinə şahidlik etməkdəyik. O baxımdan da formasından və məzmunundan asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən, insanların hüquqlarını kobud şəkildə pozub, onları təhqir edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır. Bildiyiniz kimi, sosial media təkcə Azərbaycanda yox, hətta dünyanın ən inkişaf etmiş ölkələri üçün təhdidə çevrildiyindən, sosial medianın hüquqi tənzimləmə mexanizminin tətbiq edilməsini zəruri sayırlar. Buna misal olaraq ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalamasını qeyd etmək yerinə düşər. Beynəlxalq aləmdə də artıq belə bir praktika mövcuddur. 

Hətta bir halı qeyd etmək kifayətdir ki, Almaniya 2017-ci  ildən sosial şəbəkə istifadəçilərinin hüquq və vəzifələrini müəyyənləşdirən qanun qəbul  edilib.
Bu qanunun məqsədi  kiminsə hüquqlarını məhdudlaşdırmaq  yox, şəbəkə istifadəçilərinin  hüquq və vəzifələrinin  müəyyən edilməsi, istifadə qaydalarını hüquqi tənzimləmə mexanizmidir. Hesab edirəm ki, sosial media üzərində hüquqi tənzimləmə mexanizmi olarsa, sosial media daha çox cəmiyyətin inkişafında öz müstəsna rolunu oynaya bilər. Yəni proseslər qeyri-sağlam münasibətlər üzərində deyil, sağlam rəqabət və tənqid üzərində qurulacaq. Cəmiyyətdə baş verən proseslərə qərəzdən uzaq sağlam tənqidi münasibət bildirmək isə cəmiyyətin inkişafına öz töhfəsini verə bilər”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!