Belə bir təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, bu gün koronavirus dünyada geniş yayıldığından bu pandemiya ilə mübarizə aparan həkimlər dünyasını dəyişir. “Artıq Türkiyədə koronavirusla mübarizədə qalib gələnlərə qazi, dünyasını dəyişənlərə isə şəhid status verilir. Bizdə də koronavirusla mübarizədə çalışan həkimlərə xüsusi status verilməsini təklif edirəm”- deputat deyib.