Türkiyənin “TRT 1” kanalının “Qalx gedək” serialının 125-ci bölümündə Azərbaycanın Dağlıq Qarabağda apardığı əməliyyatlara diqqət çəkilib.
Kult.az xəbər verir ki, bölümün fraqmanında tanınmış aktyor Ufuk Özkanın canlandırdığı Seyfəddin obrazı İstiqlaliyyət savaşını xatırladıb və eyni hadisələrin bu gün də yaşandığından, tarix dəyişsə də, hadisələrin dəyişmədiyindən bəhs edib.
Azərbaycanın torpaqlarını azad etmək uğrunda başladığı haqlı mübarizədən bəhs edən Seyfəddin sonda ölkəmizə də salam göndərib.