Axşam.az məlumatına görə, boşanma ərəfəsində olan cütlüyün münasibətlərinə son qoymasına səbəb xəyanət olub. Aysel bildirib ki, ərinin ona xəyanət etdiyini sübut edən dəlilləri var:
"Çox pisəm, özümdə deyiləm. Hələ mənim bildiklərim çox şey var, açıb-ağartmıram. Deyirdim ki, xəyanət görsəm bu iş bitəcək. Bunu da mənə hamı atıb. Heç vaxt xəyanəti və yalanı bağışlamaram. Həyatda hər şey boşdur, öz həyatınızı yaşayın.
Uşaqlarıma hörmət edirəm, üç oğul böyüdürəm. Onlara görə susuram və təmkinliyimi qorumağa çalışıram. Dediyim sözün üstündə kişi qızı kimi dururam. Həyatda itirəcəyim heç nə yoxdur. Olan oldu, keçən keçdi. Başqa heç nə danışmaq istəmirəm. Bildiyimi bilirdim, gördüyümü də gördüm. Mənə fakt lazım idi, onu da tapdım. Birincidən yarımayan, ikincidən də yarımır".
"Telegram"da yalnız qızların yer aldığı qrup açan Aysel həyat yoldaşı ilə bağlı müraciət edib. "Ərim kimə yazıbsa, mənə atsın" deyə, xanımlara müraciət ünvanlayıb. Qrupa bir neçə qız Oqtayın onlara tanış olma məqsədi ilə yazdığı mesajları göndəriblər.
Qeyd edək ki, A.Şükür və Oqtay 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla ailəsindən isə əkiz oğulları var.