Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi İlyas Səfərovun ...


Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri İlyas Səfərov - Müsəlman şərqində ilk demokratik Cümhuriyyətin Azərbaycan torpağında yaranması, məhz xalqımızın o dövrdə, yəni XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları uğurunda yaşaması ilə sıx bağlı olmuşdur. Həmin illərdə qabaqcıl şəxsiyyətlər, mütəfəkkirlər, ziyalılar və s. xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hər biri də, məhz Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına səbəb olmuşdur. Əslində XX əsr tariximiz dörd mərhələyə bölünür. Birinci mərhələni Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün şərait yaradan əsrin əvvəlləri təşkil edir.

 Bu mərhələdə Azərbaycan mədəniyyətində, maarifində, milli mətbuatında və digər sahələrində olduqca mühüm nailiyyətlər əldə olunur. İkinci mərhələ Çar Rusiyası süquta uğradıqdan sonra, ölkəmizin ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövrdür. Bu tarixi mərhələdə Azərbayan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi islahatlar sayəsində dövlətçilik atributları, yəni--öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrilir. Üçüncü mərhələ 1920-ci ilin aprelindən 1991-ci ilədək olan dövrü əhatə edir. SSRİ-nin yaranması Azərbayan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulması yolunda əsas səbəb olur və həmin vaxtdan uzun illərin keçməsinə baxmayaraq, Cümhuriyyətin fəaliyyətinə, onun tariximizdə oynadığı rola, liderlərinin xalqımızın və dövlətimizin qarşısındakı xidmətlərinə hər zaman yüksək qiymət verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında müstəsna xidmtələri olan Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov və s. kimi görkəmli ictimai xadimlərin xatirəsini, bu gün də qədirbilən xalqımız böyük ehtiramla yad etməkdədir. Çünki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövrundə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər, xalqımızın tarixində silinməz izlər buraxmışdır. Cümhuriyyət 1920-ci ilin aprelində qırmızı bolşevik istilası səbəbindən süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir.

1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra, Cümhuriyyətin idealları davam etdirildi və bu tarixi varislik üzərində yeni müstəqil, suveren dövlətimiz yaradıldı. Onu da unutmaq olmaz ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun inkişaf istiqamətlərinin müəyyənləşməsində müstəsna xidmətləri olan bir tarixi sima vardır. Həmin şəxs xalqımızın böyük oğlu, bütün həyatını və fəaliyyətini Azərbaycanın yüksəlməsinə, yüksəlişinə həsr etmiş ümummilli lider Heydər Əliyev idi. Bəli, bu da bir faktdır ki, müstəqillik yolunda kövrək addımlar atan, inanılmaz çətinliklər və təzyiqlərlə üzləşən xalqımızın dövlət quruculuğu proseslərini həyata keçirmək imkanı əldə etməsində, Ulu Öndərin müstəsna rolu olmuşdur. Xalqımız çətin tarixi bir dövrdə dövlətçiliyimizi xilas etmək üçün üzünü Naxçıvana tutdu və Heydər Əliyevi Azərbaycana yenidən rəhbərlik etməyə dəvət etdi. Həmin tarixi gün Azərbaycanın müasir tarixinə şərəfli iz saldı və dövlətimizin qurtuluş yolu Naxçıvandan başlandı. Bizim bu gün dünənki şərəfli tariximizlə fəxr etməyə, öyünməyə haqqımız var. Müstəqilliyimizin ilk illərindən Heydər Əliyev kimi qüdrətli bir şəxsin təkrar hakimiyyətə qayıtması nəticəsində, respublikamızda yaranmış gərginlik aradan qaldırıldı və ictimai sabitlik bərpa olundu. Ümummilli liderin rəhbərliyi altında dövlət quruculuğu prosesi həyata keçirildi. Neft strategiyasının əsas istiqamətləri işlənib hazırlandı və qısa zaman kəsiyində “Əsrin müqaviləsi” kimi əhəmiyyət daşıyan müqavilə imzalandı, qlobal islahatlar həyata keçirilməyə başlanıldı. Bütün bunlar əldə olunan müvəffəqiyyətlərin təməli oldu. Fakt budur ki, biz belə bir nailiyyətlərə Ulu Öndərin müəyyənləşdirdiyi siyasət nəticəsində nail olmuşuq. Azərbaycan xalqı Prezident İlham Əliyevin bugünkü fəaliyyətində, məhz ümummilli lider Heydər Əliyevin siyasi xəttini görür, atdığı hər addımda onun müdrikliyini hiss edir. Ötən illər ərzində baş verən ictimai-siyasi proseslər insanların dünyagörüşünə, vətəndaşların hadisələrə yanaşmasına və siyasi fəallığının artmasına ciddi təsirini göstərmişdir. Bəli, hər kəsə bəllidir ki, böyük öndər, dünya şöhrətli siyasətçi, xalqımızın tarixi xilaskarı Heydər Əliyev, respublikamızda reallaşmış əzəmətli işlərin müəllifi və təşkilatçısı olmuşdur. Bundan sonra da, demokratik cəmiyyət quruculuğu prosesində böyük irəliləyişə nail olmaq üçün əsas vəzifə, məhz Ulu Öndərin müəyyən etdiyi siyasi kurs davam etdirməkdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu kursu uğurla davam etdirir və lazımi uğurların əldə olunmasına da nail oluruq.

Artıq 1990-cı ildən ölkəmizdə Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi dövlət bayramı günü olaraq qeyd olunmaqdadır. Yəni, hər il may ayının 28-i Azərbaycanda Respublika günü kimi qeyd olunur və 1918-ci ilin həmin günü Xalq Cümhuriyyətinin yaradılması elan olunmuşdur. Düzdür, şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da, məhz onun varlığı dövlətçilik tariximizdə çox böyük tarixi əhəmiyyət daşımışdır. Ona görə də, Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May-Respublika günü münasibətilə ürəkdən təbrik edib, hər kəsə cansağlığı, ailə səadəti, milli dövlətçiliyimizə inkişaf, müstəqilliyimizin isə əbədi olmasını arzu edirəm.
20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında
18 Oktyabr 2024 Xalq artisti oğlu və qızı ilə Hindistanda - Video/Foto
09 Oktyabr 2024 "Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO
07 Oktyabr 2024 Qarabağ savaşından film çəkiləcək - Ərhan Ufak
05 Oktyabr 2024 Tatlısəs növbəti dəfə məhkəməyə verildi
20 Sentyabr 2024 Qərbi Azərbaycanda Manna məbədi dağıdılır
18 Sentyabr 2024 Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!
17 Sentyabr 2024 "Bir qalanın sirri" filminin çəkiliş prosesindən nadir görüntülər
13 Sentyabr 2024 Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…
31 Avqust 2024 Tanınmış şairin səhhəti yenidən pisləşdi
29 Avqust 2024 Ermənilər onları atıb, Qarabağ geyimlərini geyinirdilər…
27 Avqust 2024 Türkiyəli məşhur aktrisa öldü
22 Avqust 2024 "Atabəylər" serialının çəkilişləri bitdi
17 Avqust 2024 Məşhur türkiyəli aktyor vəfat etdi
17 Avqust 2024 Şərqi Zəngəzurun unudulan zinət əşyaları...
13 Avqust 2024 Azərbaycandan Avropaya uzanan ənənə... - Foto
12 Avqust 2024 Tom Kruzdan bağlanış mərasimində şok hərəkət - Video
09 Avqust 2024 Rasim Balayevin ad günündən görüntülər - VİDEO
09 Avqust 2024 "Tağıyev" filminin çəkilişləri başa çatdı
06 Avqust 2024 Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO
06 Avqust 2024 Milli geyimlərimiz filmlərdə... - Video
21 İyul 2024 Türkiyəli məşhur aktyor vəfat etdi