Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirilir. Mərasimdən əvvəl İcra Hakimiyyətinin binası qarşısında hərbi parad olub. Paradda Azərbaycan bayrağı hərbçilərin çiynində aparılıb, Dövlət Sərhəd Xidmətinin Çevik hərəkət bölməsinin şəxsi heyəti əlbəyaxa döyüş fəndlərini nümayiş etdiriblər. Qeyd edək ki, 1949-cu ilin 22 noyabr tarixində əsası qoyulan Sumqayıt şəhərinin 70 illiyinin təntənəli keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin tərəfindən Sərəncam imzalanıb.